Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2990
01.09.2026, 19:58
Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.
Oxu24.com Sosioloq Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmır, xüsusilə qadınların toy mərasiminə hazırlığı da ailələr üçün əlavə maliyyə yükü yaradır.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir: Dominos pizza
“Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar”.
Sosioloq qeyd edib ki, maddi imkanın məhdud olması bəzi insanların gündəlik və hətta vacib işlərini təxirə salaraq toylarda iştirak etməsinə səbəb olur. O, toy mərasimlərinin şəhərlərdə əlavə nəqliyyat sıxlığı yaratdığını və bunun insanların psixoloji gərginliyini artırdığını da vurğulayıb.
H.İbrahimov hesab edir ki, toyların yaratdığı sosial və maliyyə yükünü azaltmaq üçün mərasimlərin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqi müzakirə oluna bilər.
“Toylar iki saatdan artıq davam etməməlidir. Musiqinin səsi aşağı olmalıdır. Körpə uşaqların iştirakına məhdudiyyət qoyulmalıdır. Həmçinin toyda iştirak edənlərin sayı maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Ailə üzvləri – qadın və kişi birlikdə nəzərə alınmaqla, ümumi iştirakçı sayı 100 nəfərdən çox olmamalıdır”, – deyə sosioloq bildirib.
Onun fikrincə, bu cür məhdudiyyətlər tətbiq olunarsa, insanların toy mərasimlərində iştirak etmə tezliyi və buna sərf olunan xərclər əhəmiyyətli dərəcədə azala bilər.
Sosioloq düşünür ki, nəticədə toyların kəmiyyətindən daha çox keyfiyyətinə diqqət yetirilər və mərasimlər insanlarda gərginlik deyil, daha xoş ab-hava yaradar.
02:55 / 02 Noyabr 2026
204
01:12 / 02 Noyabr 2026
140
00:41 / 02 Noyabr 2026
216
00:26 / 02 Noyabr 2026
216
00:06 / 02 Noyabr 2026
476
23:52 / 01 Noyabr 2026
531
23:45 / 01 Noyabr 2026
1444
23:40 / 01 Noyabr 2026
152
23:27 / 01 Noyabr 2026
229
23:25 / 01 Noyabr 2026
599
23:14 / 01 Noyabr 2026
253
23:00 / 01 Noyabr 2026
582
22:56 / 01 Noyabr 2026
160
22:04 / 01 Noyabr 2026
157
21:49 / 01 Noyabr 2026
188
21:49 / 01 Noyabr 2026
188
21:26 / 01 Noyabr 2026
380
21:14 / 01 Noyabr 2026
378
20:55 / 01 Noyabr 2026
318
20:49 / 01 Noyabr 2026
137
20:35 / 01 Noyabr 2026
850
20:24 / 01 Noyabr 2026
182
20:20 / 01 Noyabr 2026
397
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.