Təqaüdçülərin diqqətinə
17 Sentyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
180
28.08.2026, 19:29
“IV ixtisas qrupu üzrə bu il də yüksək rəqabət müşahidə olundu. Xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə, istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var”.
Oxu24.com xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.
“Bu, əlbəttə, həmin gənclər və onların ailələri üçün asan nəticə deyil. Lakin hazırda onların bir hissəsi üçün əlavə imkanlar yaranıb.
Müvafiq hərbi qurumla aparılmış müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən və yüksək nəticə əldə etmiş IV ixtisas qrupu abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur.
Burada mühüm bir məqamı vurğulamaq istəyirəm: hərbi tibb üzrə təhsil almaq istəyən namizədlər üçün tibbi müayinədən keçmək tələbi yeni deyil. Bu, hərbi tibb ixtisaslarına qəbul zamanı həmişə mövcud olan şərtdir.
Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV ixtisas qrupu üzrə imtahanda 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.
Bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri var, IV qrupa aid qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür.
Qəbul şərtləri, tibbi və digər tələblər, eləcə də müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan edilib.
Hərbi tibblə bağlı elanla burada tanış olmaq mümkündür: https://shorturl.at/4Yw6Z
Hərbi mühəndisliklə bağlı məlumat: https://shorturl.at/09fkS
Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət artıq keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya kiməsə fərdi üstünlük verilməsindən getmir. Yaranmış əlavə yerlər barədə məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan edilir”, - deyə o əlavə edib.
DİM sədri qeyd edib ki, eyni zamanda bir məsələni də unutmayaq.
“Hərbi tibb və hərbi mühəndislik sadəcə ali məktəbə qəbul olmaq üçün alternativ yol deyil. Bu, gələcək peşə ilə yanaşı, hərbi xidməti də seçmək deməkdir.
Ona görə də mən heç kimi yalnız bu il mütləq tələbə olmaq naminə bu imkandan istifadə etməyə çağırmıram. Bu istiqamətə həqiqi marağı olan və gələcəyini belə bir peşə və xidmətlə bağlamağa hazır olan gənclərin isə yaranmış imkandan xəbərdar olması vacibdir.
Yeni imkan yalnız o zaman dəyərlidir ki, insanın öz seçiminə çevrilsin”.
23:58 / 17 Sentyabr 2026
26
23:48 / 17 Sentyabr 2026
50
23:46 / 17 Sentyabr 2026
121
23:38 / 17 Sentyabr 2026
151
23:33 / 17 Sentyabr 2026
54
23:20 / 17 Sentyabr 2026
58
23:10 / 17 Sentyabr 2026
68
22:42 / 17 Sentyabr 2026
78
22:29 / 17 Sentyabr 2026
69
22:17 / 17 Sentyabr 2026
72
22:15 / 17 Sentyabr 2026
219
21:59 / 17 Sentyabr 2026
84
21:46 / 17 Sentyabr 2026
160
21:39 / 17 Sentyabr 2026
97
21:27 / 17 Sentyabr 2026
301
21:24 / 17 Sentyabr 2026
145
20:35 / 17 Sentyabr 2026
182
20:30 / 17 Sentyabr 2026
71
20:26 / 17 Sentyabr 2026
78
20:17 / 17 Sentyabr 2026
74
20:07 / 17 Sentyabr 2026
71
19:56 / 17 Sentyabr 2026
1188
19:50 / 17 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.