Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR
09 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1965
20.08.2026, 16:59
Azərbaycanda turizm sektorunun inkişafını stimullaşdırmaq məqsədilə aviareyslərdən tutmuş hotellərin tikintisinə və ölkəyə əcnəbi turistlərin gətirilməsinə qədər bir sıra istiqamətlər üzrə yeni subsidiya mexanizmləri yaradılacaq.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, turizm sahəsində aşağıdakı istiqamətlər üzrə subsidiya və kompensasiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur:
qeyri-müntəzəm (çarter) uçuşların təşkilatçılarının xərclərinin kompensasiya edilməsi;
hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkilinin subsidiyalaşdırılması;
turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert və əyləncəli proqramların təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiya edilməsi;
yerləşmə infrastrukturu üzrə investorlara, yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiya verilməsi;
turoperatorlara Azərbaycana gətirdikləri əcnəbi turistlərə görə subsidiya verilməsi;
turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin göstərilməsi.
Çarter uçuşları, əlavə müntəzəm aviareyslər, turizm əhəmiyyətli tədbirlər, turoperatorlar, eləcə də mikro və kiçik sahibkarlar üçün subsidiya mexanizmlərinin 2026–2027-ci illərdə hazırlanaraq tətbiqinə başlanılması nəzərdə tutulur.
Hotellərlə bağlı subsidiya mexanizmi isə 2026–2030-cu illəri əhatə edəcək. Sənəddə yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiya verilməsi üçün normativ hüquqi bazanın hazırlanması və mexanizmin tətbiqinə başlanılması nəzərdə tutulur.
Bundan əlavə, turizm və rekreasiya zonalarında hotellər və digər yerləşmə vasitələri, sanatoriya-kurort müəssisələri, qış idmanı üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonlarla bağlı investisiya layihələrinin manatla götürdüyü kreditlər üzrə faiz subsidiyalarının verilməsi planlaşdırılır.
Bu faiz subsidiyalarının dövlət büdcəsindən Azərbaycan Biznesinin İnkişafı Fonduna ayrılan vəsait hesabına Fond vasitəsilə verilməsi nəzərdə tutulur. Tədbirin icra müddəti 2026–2030-cu illərdir.
11:09 / 09 Noyabr 2026
19
11:05 / 09 Noyabr 2026
32
10:55 / 09 Noyabr 2026
88
10:51 / 09 Noyabr 2026
44
10:44 / 09 Noyabr 2026
102
10:38 / 09 Noyabr 2026
141
10:30 / 09 Noyabr 2026
86
10:27 / 09 Noyabr 2026
64
10:10 / 09 Noyabr 2026
133
10:09 / 09 Noyabr 2026
147
10:00 / 09 Noyabr 2026
178
09:36 / 09 Noyabr 2026
1042
09:26 / 09 Noyabr 2026
84
09:19 / 09 Noyabr 2026
128
08:46 / 09 Noyabr 2026
104
08:42 / 09 Noyabr 2026
768
08:25 / 09 Noyabr 2026
133
04:25 / 09 Noyabr 2026
754
02:31 / 09 Noyabr 2026
729
01:34 / 09 Noyabr 2026
363
01:20 / 09 Noyabr 2026
819
01:10 / 09 Noyabr 2026
492
01:06 / 09 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.