"Dozor Namiq" kim idi? - Məxfi oğlanın HƏYATI
19 Oktyabr 2026, 21:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
202
20.08.2026, 17:25
Ermənistan parlamentinin müxalif deputatı İşxan Saqatelyanın ölkədə Türkiyə və Azərbaycanın iradəsi ilə "Dördüncü Respublika"nın qurulması barədə səsləndirdiyi fikirlər regionun siyasi gündəmində geniş müzakirələrə səbəb olub. Müxalif deputatın iddialarına görə, bu prosesdə Türkiyə "memar", Azərbaycan "konstruktor", Qərb ölkələri isə "dizayner" rolunu oynayır. Qonşu ölkədə baş verən bu daxili siyasi çəkişmələr və səslənən fikirlər Azərbaycan ictimaiyyəti və siyasi dairələri tərəfindən də yaxından izlənilir. Regionda formalaşan yeni reallıqlar fonunda Ermənistanın gələcək dövlətçilik modeli və onun təhlükəsizlik xətti sual altında qalmaqdadır. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Ağ Partiyanın sədri, siyasətçi Tural Abbaslı məsələyə münasibət bildirib.
Tural Abbaslı bildirib ki, Ermənistanda səsləndirilən bu fikir ilə razılaşmamaq mümkün deyil. Çünki Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra Ermənistan həqiqətən də yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələ Türkiyənin, Azərbaycanın, eləcə də Avropa və Amerikanın təsiri ilə davam edir:
“Paşinyan və ya başqa bir erməni siyasətçisi yeni formalaşan mərhələdə Azərbaycan və Türkiyənin rol almasını könüllü şəkildə istəməzdi. Lakin bu, acı bir reallıqdır və onlar bununla barışmağa məcburdurlar”.
Onun sözlərinə görə, Qərb isə hazırda Rusiyanın yerini tutmağa çalışır:
“Ermənistan üçün də bu daha əlverişli variant görünür; çünki onları öz təsir dairəsində saxlayan mütfəfiqdənsə, investisiya qoyacaq və layihələr gətirəcək Qərbə yönəlmək daha sərfəlidir”.
Siyasətçi qeyd edib ki, burada əsas sual budur: bu layihənin yekununda Ermənistan itirir, yoxsa qazanır?:
“Məncə, Ermənistan qazanır. Onlar dövlət qurur, iqtisadiyyatlarını inkişaf etdirməyə və qonşularla normal münasibətlər quraraq sivil dövlət statusuna keçməyə addım atırlar. Həmin müxalifətçiyə sual vermək lazımdır: sizin alternativiniz nədir? Rusiyanın memarlığı, Şimali Koreyanın dizaynerliyi, yoxsa İranın konstruktorluğu ilə qurulan Ermənistan? Biz Rusiyanın, İranın və Hindistanın yön verdiyi Ermənistanı gördük — 44 günə darmadağın oldular”.
T.Abbaslı vurğulayıb ki, məsələyə şəxsi və partiya yanaşmamdan baxacaq olsaq, biz hakimiyyətdə olsaydıq, Ermənistana bu şəraiti yaratmazdıq:
“Ermənistanın dördüncü və ya beşinci dövlət mərhələsinə keçməsinə imkan verməzdik. Çünki mənim mövqeyim odur ki, Ermənistanın bir dövlət kimi varlığı regiona, Azərbaycana və Türkiyəyə təhlükədir. İqtisadiyyatı və dövlətçiliyi güclənən Ermənistan gələcəkdə yenidən Naxçıvana, Qarabağ və digər ərazilərimizə iddia ortaya qoyacaq. Qədim nağıllarımızda deyildiyi kimi — düşmənin belini yerə vurduqdan sonra onun başını kəsmək lazımdır”.
Çimnaz Telmanqızı
21:37 / 19 Oktyabr 2026
1
21:30 / 19 Oktyabr 2026
77
21:25 / 19 Oktyabr 2026
32
21:14 / 19 Oktyabr 2026
43
21:02 / 19 Oktyabr 2026
105
20:39 / 19 Oktyabr 2026
83
20:25 / 19 Oktyabr 2026
64
20:11 / 19 Oktyabr 2026
88
20:08 / 19 Oktyabr 2026
72
19:59 / 19 Oktyabr 2026
79
19:48 / 19 Oktyabr 2026
84
19:35 / 19 Oktyabr 2026
107
19:24 / 19 Oktyabr 2026
110
19:15 / 19 Oktyabr 2026
115
19:11 / 19 Oktyabr 2026
165
19:04 / 19 Oktyabr 2026
94
18:58 / 19 Oktyabr 2026
76
18:50 / 19 Oktyabr 2026
94
18:49 / 19 Oktyabr 2026
218
18:45 / 19 Oktyabr 2026
85
18:37 / 19 Oktyabr 2026
1130
18:33 / 19 Oktyabr 2026
98
18:30 / 19 Oktyabr 2026
1080
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.