Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16640
az

Artritin müalicəsində kömək edən meyvələr

21:5310 Avqust, 2019
876
CƏMİYYƏT
  • A
Böyük Britaniya mütəxəssisləri qeyd edirlər ki, bu meyvələrdən istifadə artritin kəskinləşməsindən müdafiə edir.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin rəyi "Daily Express" nəşrində dərc edilib.

Artrit iltihab xarakterli xəstəlikdir, immun sisteminin fəaliyyətində nasazlıq (revmatoidli artrit), yaxud sidik-tənasül, bağırsaq virusu kimi keçirilmiş xəstəliklə (reaktivli artrit) bağlı əmələ gəlir. Mütəxəssislər artrit xəstəliyindən əziyyət çəkən pasiyentlərə bu meyvələri yeməyi məsləhət görürlər.

Qırmızı alma. Məhz qırmızı alma kversetin antioksidantı ilə zəngindir. Kversetin dərinin, oynaq qığırdaqlarının və birləşmələrinin vəziyyətinin yaxşı olması üçün zəruri olan kollagenin - zülalın istehsalında iştirak edir. Kollagen, həmçinin oynaqlarda "amortizator" rolunu oynayaraq, onların zərbə və təzyiqə davamlı olmalarına şərait yaradır. Kversetin almanın qabığında yerləşir, qabığın rəngi nə qədər dolğun olarsa, deməli almada bu element bir o qədər çoxdur.

Avokado. Alimlərin sözlərinə görə, bu meyvənin rasiona daxil edilməsi artritin əlamətlərini nəzərəçarpacaq dərəcədə zəiflədir. Avokado toxumalarda kollagenin miqdarını artırır, iltihabı aradan qaldırır. Mütəxəssislər artritin və artrozun profilaktikası və müalicəsi üçün hər gün azı avokadonun dörddəbir hissəsini yeməyi məsləhət görürlər.

Qarpız. Qarpızın tərkibinin 90 faiz sudan ibarət olması sayəsində o, sidikqovucu vasitə kimi faydalıdır və orqanizmdən zərərli və lazımsız komponentlərin xaric olunmasını aktivləşdirir. Qarpızın tərkibindəki karotinoid və flavonoidlər güclü iltihabəleyhinə xassəyə malikdirlər. Həkimlər artrit və ateroskleroz kimi xəstəlikləri olan pasiyentlərə qarpız yeməyi məsləhət görürlər.

Albalı. Alimlər tərəfindən müəyyən edilib ki, üç həftə ərzində albalı şirəsindən gündə iki dəfə istifadə olunması artritli xəstələrdə iltihab yuvalarını əhəmiyyətli dərəcədə azaldır. Albalı çox güclü antosian antioksidantları ilə zəngindir. Bu maddələr iltihabəleyhinə xassəyə malikdir və ağrı ilə mübarizədə effektlidir.

Çiyələk. Təcrübələr nəticəsində müəyyən edilib ki, həftədə 16 ədəddən çox çiyələk yeyən qadınlarda C-reaktiv zülalın səviyyəsi aşağı düşüb. C-reaktiv zülal iltihabın markeridir, artritin və ürək-damar xəstəliklərinin kəskinləşməsi ilə bağlı onun miqdarı artır.

Ananas. Bu meyvənin lətində oynaqlarda ağrını azaltmaq xassəsinə malik enzim bromelayn saxlanılır. Həmçinin ananasın tərkibində kollagen sintezinin əmələ gəlməsinə şərait yaradan xeyli miqdarda C vitamini mövcuddur. Ananasın orqanizmə faydalı olmasından ötrü həftədə iki dəfə 150-200 qram yemək məsləhət görülür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gənəgərçək yağı içirlər! - Sosial şəbəkələrdə təhlükə saçan arıqlama üsulu
Teleqramda nasazlıq yarandı
Səhərlər qaraçörəkotu çeynəmək hansı problemləri aradan qaldırır?

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü