Bu ərazilərdə qaz olmayacaq
15 Avqust 2026, 18:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
482
15.06.2026, 23:55
Süni intellektdən istifadə sürətlə artsa da, istifadəçilərin ona ünvanladıqları sualların böyük hissəsi şəxsi həyatla bağlıdır.
Mövzu ilə bağlı son statistik göstəricilər göstərir ki, süni intellektə edilən müraciətlərin 55 faizi şəxsi, 30 faizi isə işgüzar məsələlərlə əlaqədardır.
Oxu24.com "Xəzər" TV-yə istinadən xəbər verir ki, vətəndaşlar süni intellektdən əsasən gündəlik həyat, təhsil, səyahət, investisiya, sağlamlıq və müxtəlif araşdırmalarla bağlı suallar vermək üçün istifadə etdiklərini bildirirlər.
Bəzi istifadəçilər yol istiqamətlərinin müəyyənləşdirilməsi, tarixi və coğrafi məlumatların əldə olunması, eləcə də riyazi məsələlərin həlli üçün süni intellektə müraciət etdiklərini qeyd edirlər. Digərləri isə uşaqların sağlamlığı, ailə məsələləri, turizm və avtomobillərlə bağlı məlumat almağa üstünlük verirlər.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Asif Rzayev bildirib ki, süni intellekt bir çox sahədə faydalı olsa da, onun təqdim etdiyi məlumatlar hər zaman tam etibarlı hesab edilə bilməz.
Onun sözlərinə görə, süni intellekt xüsusilə proqramlaşdırma, riyaziyyat, statistika və faktlara əsaslanan texniki mövzularda daha yüksək dəqiqlik nümayiş etdirir.
"Bu sahələrdə doğru və yanlış anlayışı daha aydındır və məlumat bazası kifayət qədər genişdir. Lakin psixologiya, ailə münasibətləri və emosional mövzular kimi fərdi yanaşma tələb edən sahələrdə süni intellekt yanılma ehtimalına malikdir. Çünki o, məlumatları emal edir, lakin insan hisslərini yaşamır", - deyə mütəxəssis vurğulayıb.
Psixoloq İlahə Aslanova isə hesab edir ki, insanların şəxsi problemlərlə bağlı süni intellektə müraciət etməsinin əsas səbəblərindən biri onun 24 saat əlçatan olmasıdır.
Onun sözlərinə görə, süni intellekt məlumat axtarışı üçün sərf olunan vaxtı azaldır və istifadəçilərə anonim şəkildə sual vermək imkanı yaradır.
"Bəzi insanlar şəxsi və həssas mövzular barədə danışarkən anonim qalmağa üstünlük verirlər. Bununla belə, nəzərə almaq lazımdır ki, süni intellekt hər zaman doğru cavab vermir. Həddindən artıq istifadə isə insanların tənqidi düşünmə və araşdırma bacarıqlarının zəifləməsinə səbəb ola bilər", - deyə psixoloq bildirib.
Mütəxəssislər vurğulayırlar ki, süni intellekt gündəlik həyatı asanlaşdıran faydalı alət olsa da, təqdim etdiyi məlumatlara tənqidi yanaşmaq vacibdir. Xüsusilə mühüm qərarlar qəbul edilərkən və ya həssas mövzularda əlavə mənbələrdən də istifadə olunması tövsiyə edilir.
18:16 / 15 Avqust 2026
13
18:03 / 15 Avqust 2026
38
15:19 / 15 Avqust 2026
90
14:56 / 15 Avqust 2026
182
14:16 / 15 Avqust 2026
754
13:58 / 15 Avqust 2026
720
13:10 / 15 Avqust 2026
83
13:06 / 15 Avqust 2026
1350
12:46 / 15 Avqust 2026
128
12:30 / 15 Avqust 2026
132
12:15 / 15 Avqust 2026
148
11:58 / 15 Avqust 2026
539
11:58 / 15 Avqust 2026
76
11:53 / 15 Avqust 2026
104
11:40 / 15 Avqust 2026
77
11:36 / 15 Avqust 2026
614
11:33 / 15 Avqust 2026
344
11:20 / 15 Avqust 2026
104
11:00 / 15 Avqust 2026
295
10:59 / 15 Avqust 2026
80
10:59 / 15 Avqust 2026
89
10:45 / 15 Avqust 2026
77
10:43 / 15 Avqust 2026
424
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.