Həftə ərzində az yatırsınızsa, bunu edin
04 Sentyabr 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
537
15.06.2026, 22:54
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 10:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdə, Biləsuvarda 15, Cəlilabadda 12, Ağdamda 13, Şahbuzda 11, Qobustanda 10, Şəkidə 8, Göyçay, Göygöl, Naftalan, Daşkəsən, Sarıbaş (Qax), İmişlidə 7, Yevlaxda 6, Gəncə, Balakən, Mingəçevir, Şahdağ, Şamaxı, Goranboy, Naxçıvanda 5, Sədərək, Zaqatala, Oğuz, Qusarda 4, Quba, İsmayıllı, Xızı, Xaçmazda 3, Şəmkir, Tovuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Sabirabadda 2, Şabran, Şərur, Yardımlı, Lerik, Cəfərxan, Qəbələ, Şirvanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
İyunun 14-də saat 18:34-18:42 radələrində Qubadlı rayonunun Qazyan kəndinə diametri 20 mm olan dolu düşüb.
İyunun 14-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Zaqatalada 23, Cəfərxanda 20, Sabirabad və Beyləqanda 16 m/s-dək güclənib.
Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 30, Aran rayonlarında 32, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.
Qeyd edək ki, Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
00:19 / 04 Sentyabr 2026
87
23:59 / 03 Sentyabr 2026
78
23:55 / 03 Sentyabr 2026
109
23:45 / 03 Sentyabr 2026
107
23:20 / 03 Sentyabr 2026
101
23:08 / 03 Sentyabr 2026
86
22:53 / 03 Sentyabr 2026
298
22:42 / 03 Sentyabr 2026
89
22:30 / 03 Sentyabr 2026
79
22:14 / 03 Sentyabr 2026
79
22:03 / 03 Sentyabr 2026
84
22:01 / 03 Sentyabr 2026
1253
21:51 / 03 Sentyabr 2026
105
21:48 / 03 Sentyabr 2026
82
21:20 / 03 Sentyabr 2026
98
21:14 / 03 Sentyabr 2026
104
21:01 / 03 Sentyabr 2026
75
20:48 / 03 Sentyabr 2026
93
20:30 / 03 Sentyabr 2026
228
20:16 / 03 Sentyabr 2026
81
19:58 / 03 Sentyabr 2026
146
19:45 / 03 Sentyabr 2026
85
19:34 / 03 Sentyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.