General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
671
15.06.2026, 21:00
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulsa da, son illər müraciət edən vətəndaşların əhəmiyyətli hissəsi imtina cavabı aldıqlarını bildirirlər. Bəzi hallarda ailələr özlərini yardım almaq üçün uyğun hesab etsələr də, müxtəlif səbəblərdən müraciətləri müsbət nəticələnmir.
Bəs ünvanlı sosial yardımın təyin olunmasından imtinaya səbəb olan əsas amillər hansılardır?
İşədüzəltmə adı ilə pul alıb vədi yerinə yetirməyən şəxs cinayət törətmiş sayılır” -Ramil Süleymanov
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, ünvanlı sosial yardım təyin edilərkən ailənin gəlirləri və əmlak vəziyyəti ətraflı araşdırılır və müəyyən uyğunsuzluqlar aşkar edildikdə müraciətə mənfi cavab verilir.
Onun sözlərinə görə, imtinaya səbəb olan əsas hallardan biri vətəndaşların adına etibarnamə əsasında istifadə olunan nəqliyyat vasitələrinin olmasıdır:
“Ən çox rast gəlinən səbəblərdən biri vətəndaşların adına olan, lakin etibarnamə ilə başqaları tərəfindən istifadə edilən avtomobillərdir. Bu kimi hallar sosial yardım üçün müraciət zamanı ailənin maddi vəziyyətinin qiymətləndirilməsinə təsir göstərir və imtinaya səbəb olur”.
Hüquqşünas qeyd edib ki, digər mühüm amillərdən biri də kommunal xərclərlə rəsmi gəlirlər arasında uyğunsuzluğun aşkarlanmasıdır:
“Bəzi hallarda vətəndaşların qaz, işıq, su və digər kommunal xidmətlər üzrə ödədikləri məbləğlər onların bəyan etdikləri gəlirlərlə uyğun gəlmir. Bu isə aidiyyəti dövlət qurumlarında müəyyən şübhələrin yaranmasına səbəb olur. Nəticədə müraciət əlavə qiymətləndirməyə cəlb edilir və bir çox hallarda imtina qərarı verilir”, – deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, vətəndaşlar ünvanlı sosial yardım üçün müraciət etməzdən əvvəl öz əmlak və gəlir məlumatlarının dövlət informasiya bazalarında əks olunan məlumatlarla uyğunluğunu yoxlamalı, hər hansı uyğunsuzluq aşkar edildiyi təqdirdə onu əvvəlcədən aradan qaldırmalıdırlar.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təyin edilir və müraciətlər zamanı ailənin gəlirləri, əmlakı və digər sosial-iqtisadi göstəriciləri nəzərə alınır.
19:26 / 10 Noyabr 2026
1
19:20 / 10 Noyabr 2026
66
19:06 / 10 Noyabr 2026
58
18:58 / 10 Noyabr 2026
193
18:56 / 10 Noyabr 2026
65
18:39 / 10 Noyabr 2026
101
18:26 / 10 Noyabr 2026
148
18:25 / 10 Noyabr 2026
124
18:19 / 10 Noyabr 2026
113
18:17 / 10 Noyabr 2026
96
18:04 / 10 Noyabr 2026
115
18:02 / 10 Noyabr 2026
1071
17:54 / 10 Noyabr 2026
116
17:42 / 10 Noyabr 2026
129
17:35 / 10 Noyabr 2026
105
17:16 / 10 Noyabr 2026
405
17:10 / 10 Noyabr 2026
154
17:06 / 10 Noyabr 2026
235
16:55 / 10 Noyabr 2026
818
16:47 / 10 Noyabr 2026
118
16:41 / 10 Noyabr 2026
112
16:35 / 10 Noyabr 2026
204
16:21 / 10 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.