Bakıda ağır qəza - Ölən və yaralanan var
10 Noyabr 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
15.06.2026, 09:30
Prezident İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:
"Sizi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda ürəkdən salamlayıram.
2022-ci ildən başlayaraq təşkil olunan bu mötəbər beynəlxalq tədbir müasir dövrdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşviq etdiyi regional sülh və sabitlik mühitinin yaradılması ideyasının vacib tərkib hissəsinə çevrilən konfransın iştirakçılarının sayının ilbəil artması onun ümumi təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa gələcəkdə layiqli töhfələr verəcəyinə əminlik yaradır.
Müstəqilliyini bərpa etdikdən sonra işğala, beynəlxalq təhdidlərə və ədalətsizliyə məruz qalmış Azərbaycan hər zaman öz ərazi bütövlüyünün təmin olunması, vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması uğrunda mübarizə aparmış, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və mehriban dostluq münasibətlərinin qurulmasına çalışmışdır. Uzun illər əsarət altında qalan torpaqlarımız 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan işğalından azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bununla, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrası Azərbaycan dövlətinin özü tərəfindən təmin edilmişdir.
Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir. Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir. Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir.
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi ölkəmizin postmünaqişə dövründə ardıcıl humanitar fəaliyyətinin bariz nümunəsidir. Bu Forumda Azərbaycan dünyanın 182 ölkəsini təmsil edən 60 minə yaxın iştirakçıya işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çağdaş şəhərsalma konsepsiyaları əsasında formalaşan müasir infrastrukturu və hazırda orada təhlükəsiz yaşayan 85 mindən çox azərbaycanlı üçün yaradılan layiqli həyat şəraitini təqdim etmişdir.
Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən Türk Dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk Dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir.
Bu önəmli beynəlxalq konfrans nümunəsində ölkələr arasında, həmçinin cəmiyyətdə sağlam əməkdaşlıq və həmrəylik mühitinin qorunması üçün fərqli siyasi maraqları ifadə edən partiyaların konstruktiv dialoqa, məsuliyyətli davranışa və milli maraqlar əsasında birgə fəaliyyətə üstünlük verməsi qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Əminəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanı xilas etməsi ilə əlamətdar olan Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi bu konfrans çevik mexanizm funksiyasını yerinə yetirərək iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunmasına vacib töhfələr verəcəkdir.
Konfransın işinə uğurlar, təmsil etdiyiniz dost ölkələrin hər birinə əmin-amanlıq və rifah arzulayıram".
20:10 / 10 Noyabr 2026
1
19:59 / 10 Noyabr 2026
50
19:58 / 10 Noyabr 2026
48
19:52 / 10 Noyabr 2026
67
19:52 / 10 Noyabr 2026
67
19:43 / 10 Noyabr 2026
72
19:40 / 10 Noyabr 2026
93
19:26 / 10 Noyabr 2026
92
19:20 / 10 Noyabr 2026
416
19:06 / 10 Noyabr 2026
107
18:58 / 10 Noyabr 2026
562
18:56 / 10 Noyabr 2026
101
18:39 / 10 Noyabr 2026
164
18:26 / 10 Noyabr 2026
335
18:25 / 10 Noyabr 2026
144
18:19 / 10 Noyabr 2026
159
18:17 / 10 Noyabr 2026
125
18:04 / 10 Noyabr 2026
192
18:02 / 10 Noyabr 2026
1391
17:54 / 10 Noyabr 2026
138
17:42 / 10 Noyabr 2026
157
17:35 / 10 Noyabr 2026
126
17:16 / 10 Noyabr 2026
456
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.