Qaz olmayacaq — XƏBƏRDARLIQ
30 Avqust 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
496
09.06.2026, 11:50
Son illər Azərbaycanda gənclərin ən çox can atdığı sahələrdən biri də dövlət qulluqçusu olmaqdır. Bunun üçün minlərlə gənc Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi çətin və çoxmərhələli dövlət qulluğuna qəbul imtahanlarında iştirak edir. Lakin bu gərgin prosesdən keçib, gecə-gündüz oxuyaraq müvafiq sertifikatı əldə edən gənclərin böyük bir qismi sonradan acı reallıqla üzləşir: Billik və savadlarına güvənərək qapısını döydükləri dövlət orqanlarında, vakant yerlər üzrə müsahibələrdə uğursuz olur və aylarla, bəzən isə illərlə işsiz qalırlar.
Bu mənzərə cəmiyyətdə haqlı bir sual doğurur: Əgər problem gənclərin imtahan nəticələrində deyilsə, bəs hardadır?
Mövcud ali təhsil sistemimiz gənclərə yalnız test tapşırıqlarını tapmağı öyrədir, yoxsa real iş mühitinə kadr hazırlayır? Universitetlərimiz dövlət aparatı və müasir əmək bazarının tələb etdiyi çevik, bacarıqlı və praktiki biliklərə sahib mütəxəssisləri yetişdirmək gücündədirmi?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli mövcud sistemdəki boşluqları kəskin tənqid edib və ali təhsil müəssisələrini proqramlarına yenidən baxmağa çağırıb.
Universitetlər məzunlarını əmək bazarına uyğun hesablamırlar"
Məzahir Məmmədlinin sözlərinə görə, bu gün ali təhsil ocaqlarının əsas problemi gələcəyin mütəxəssislərini real bazar tələblərinə uyğun hazırlamamasıdır:
“Mən təəssüf edirəm ki, bizim ali təhsil müəssisələri bugünkü həm dövlət qulluğu üçün, həm də əmək bazarı üçün məzunlarını hesablamırlar. Yəni onlar ənənəvi, standart, qəbul olunmuş proqram üzrə dərslərini keçirlər, amma baxmırlar ki, bu, sabah üçün əmək bazarında yaxşı bir mütəxəssis ola biləcək, yoxsa yox”.
“Nəzəriyyəni əzbərləyirlər, amma praktika yoxdur”
Ekspert dövlət qulluğu imtahanlarına hazırlaşan gənclərin düşdüyü çətin vəziyyəti də izah edib. O bildirib ki, imtahandan keçmək hələ kadrın tam hazır olması demək deyil:
“Gənclər imtahana hazırlıq qaydasında proqramı əzbərləyib öyrənirlər və nəzəri imtahandan uğurla keçirlər. Yalnız imtahandan keçməyə və nəticə əldə etməyə cəhd göstərildiyi üçün, gənclər öyrəndiklərini praktikada tətbiq edə bilmirlər. Əmək bazarının tələbi isə tamamilə başqadır. Dövlət qurumları, zavod və ya fabriklər qəbul etdikləri kadrın bilik və bacarığının olmasını, cəlb olunduğu müəssisəyə birbaşa fayda verməsini istəyirlər”.
Çıxış yolu nədir? – Universitetlərdə köklü dəyişiklik qaçılmazdır
Məzahir Məmmədli problemlərin birbaşa ali təhsil müəssisələrinin bazası ilə bağlı olduğunu vurğulayaraq, vəziyyətdən çıxış yollarını belə sıralayıb:
“Universitetlərdə tələbələrin praktiki vərdişlərə yiyələnməsi üçün müasir laboratoriyalar qurulmalıdır. Fəaliyyətlər müasir akkreditasiya standartlarına tam uyğunlaşdırılmalıdır. Tələbə ali təhsil müəssisəsini bitirməmişdən önçə, lazımi təcrübə və biliyin ən azı 50-60%-ni universitet daxilində qazanmalıdır. Belə olarsa, o, məzun olduqdan sonra əmək bazarında öz biliklərini rahatlıqla tətbiq edə bilər”.
Ekspert yekunda qeyd edib ki, əgər ali təhsil müəssisələrində baza güclü olarsa, bu, birbaşa kadrların dövlət qulluğunda da özünü doğrultmasına və iş tapmaqda çətinlik çəkməməsinə şərait yaradacaq.
Çimnaz Telmanqızı
16:04 / 30 Avqust 2026
38
15:29 / 30 Avqust 2026
154
15:15 / 30 Avqust 2026
57
15:14 / 30 Avqust 2026
64
15:09 / 30 Avqust 2026
130
15:02 / 30 Avqust 2026
106
14:55 / 30 Avqust 2026
57
14:39 / 30 Avqust 2026
347
14:28 / 30 Avqust 2026
132
14:24 / 30 Avqust 2026
65
13:40 / 30 Avqust 2026
77
13:15 / 30 Avqust 2026
313
12:39 / 30 Avqust 2026
450
12:35 / 30 Avqust 2026
95
12:26 / 30 Avqust 2026
96
12:08 / 30 Avqust 2026
751
11:57 / 30 Avqust 2026
86
11:53 / 30 Avqust 2026
820
11:06 / 30 Avqust 2026
93
11:05 / 30 Avqust 2026
74
11:04 / 30 Avqust 2026
114
01:42 / 30 Avqust 2026
330
01:20 / 30 Avqust 2026
424
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.