Rəis qəfil VƏFAT ETDİ
11 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1134
30.05.2026, 12:25
Mayın 31-də dünyanın bir çox ölkəsində nadir astronomik hadisə olan “Mavi Ay” adlanan ikinci dolunay baş verəcək.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, astronomiyada “Mavi Ay” Ayın rənginin dəyişməsi demək deyil. Bu termin bir təqvim ayı ərzində ikinci dəfə dolunayın baş verməsini ifadə edir. Bu il mayın 1-də ilk dolunay müşahidə olunub, ikinci dolunay isə mayın 31-nə təsadüf edir. Mütəxəssislərin sözlərinə görə, bu dəfəki “Mavi Ay” eyni zamanda “mikroay” olacaq. Bu, Ayın Yerə ən uzaq nöqtələrindən birində olduğu vaxt dolunay mərhələsinə düşməsi deməkdir.
Buna görə də Ay adi dolunaylarla müqayisədə bir qədər kiçik və az parlaq görünəcək. Alimlər bildirirlər ki, “Mavi Ay” əslində mavi rəngdə olmayacaq. Ayın mavi görünməsi yalnız vulkan püskürmələri və ya böyük meşə yanğınları nəticəsində atmosferdə yaranan xüsusi şəraitdə mümkün olur. “Mavi Ay” adı isə sadəcə nadir təqvim hadisəsini ifadə edir.
Qeyd edək ki, “Mavi Ay” hadisəsi təxminən hər iki-üç ildən bir baş verir. Astronomların məlumatına görə, növbəti belə hadisə 2028-ci ilin dekabrında müşahidə olunacaq. Bildirilir ki, hadisəni müşahidə etmək üçün xüsusi avadanlıq tələb olunmasa da, durbin və ya teleskop Ayın səthini daha detallı görməyə kömək edə bilər.(Sfera.az)
09:56 / 11 Noyabr 2026
28
09:37 / 11 Noyabr 2026
462
09:35 / 11 Noyabr 2026
66
09:29 / 11 Noyabr 2026
75
09:25 / 11 Noyabr 2026
70
09:24 / 11 Noyabr 2026
67
09:22 / 11 Noyabr 2026
96
09:20 / 11 Noyabr 2026
73
08:58 / 11 Noyabr 2026
122
08:53 / 11 Noyabr 2026
320
01:50 / 11 Noyabr 2026
365
01:00 / 11 Noyabr 2026
198
00:31 / 11 Noyabr 2026
280
23:59 / 10 Noyabr 2026
243
23:57 / 10 Noyabr 2026
295
23:55 / 10 Noyabr 2026
849
23:53 / 10 Noyabr 2026
306
23:47 / 10 Noyabr 2026
1530
23:43 / 10 Noyabr 2026
276
23:39 / 10 Noyabr 2026
227
23:28 / 10 Noyabr 2026
443
23:27 / 10 Noyabr 2026
1177
23:17 / 10 Noyabr 2026
1791
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.