Üz - göz şişkinliyinin gizli səbəbləri
11 May 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
562
01.04.2026, 14:24
Azərbaycanda çoxuşaqlı ailə statusu və müavinət üçün uşaq sayı (5-6) yüksəkdir. Ölkədə doğum səviyyəsi kəskin azalıb və hazırda hər ana başına 1.6 uşaq düşür. Bu artımı stimullaşdırmaq üçün bu meyarı 3 uşağa endirilməsi təklif edilir.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Oxu24.com-a açıqlaması zamanı bildirib ki, son dövrlər bütün dünyada belə bir tendensiya gedir: doğumun azalması, əhalinin artımının zəifləməsi:
“Ortalama fertillik əmsalı bütün ölkələrdə aşağı düşüb. Məlum olduğu kimi, minimal norma 2.1-dir.
Amma indi Azərbaycanda, deyirsiniz, 1.6-ya düşübsə, bu təhlükəli bir tendensiyadır. Yəni, 2.1-dən aşağı əhalinin azalması deməkdir, əhalinin qocalması deməkdir və tədricən, onillər ərzində bir cəmiyyətin əhalisinin azalaraq yoxa çıxmasına gətirib çıxarır.
Avropa ölkələrində təxminən bu rəqəmlərdir: 1.2 ilə 1.6 arasında. Bu isə orda ciddi demoqrafik problemlərə gətirib çıxarır. Azərbaycan üçün bu çox aşağı rəqəmdir. Bizdə minimum 2.5 - 3 olmalıdır; əvvəllər belə idi.
Deməli, bununla bağlı bir çox sosial dəstək proqramları var, müxtəlif ölkələrdə həyata keçirilir. Burada uşaqpulu formasında olur, çoxuşaqlılığa görə müavinətlər, müxtəlif güzəştlər formasında olur. Bizdə də indi çoxuşaqlılıq meyarı çox onillərlə əvvəl müəyyənləşdirilib — 6 uşaqdan başlayır. İndiki dövrdə bu adekvat deyil.
Çünki, bu gün artıq 3 uşaqlı ailə faktiki olaraq çoxuşaqlıdır. Çünki, biz 1 uşaqlı ailə modelinə keçmişik, yaxşı halda 2 uşaq olur ailələrdə. Nadir hallarda isə 3, 4 və sairə.
Deməli, mütləq şəkildə, uzun illərdir təklif etdiyimiz kimi, çoxuşaqlılıq meyarı 6-dan 3-ə salınmalıdır. 3 uşaqlı ailələr çoxuşaqlı elan olunmalı və onlara həmin güzəştlər, yardımlar tətbiq olunmalıdır. İndi Azərbaycanda 5 və daha çox uşaqlı ailələrə 105 manat olmalıdır uşaq sayına görə — hər uşaq başına. İndi bunu 3 uşaqlara tətbiq etmək, ən azı ailələrdə 3 uşağı stimullaşdıra bilər.
Çünki, bizdə bütün uşaqlara uşaqpulu vermək mümkün olmur. O halda heç olmasa 3 uşaqlı ailələrə bunu tətbiq etmək lazımdır. Onda olar ki, heç olmasa bir ailədə 3 uşaq olsun.
Ümumiyyətlə, bir millətin artımı üçün ailələrdə uşaq sayı 3 olmalıdır.
1-2 uşaqlı ailələr azalmaya xidmət edir. Bu, son nəticədə əhalinin qocalmasına gətirib çıxarır, əhalinin strukturunda uşaqların və gənclərin çəkisini kəskin azaldır. Bizdə də son statistika bu təhlükəni göstərir. Bizim bununla bağlı ciddi maliyyə imkanlarımız var, hər cür potensial var. Bunu eləyə bilərik, necə ki əksər ölkələr edir.
Dediyim kimi, bütün uşaqlara uşaqpulu verilə bilmirsə, heç olmasa çoxuşaqlılıq meyarı 3-ə salınaraq 3 uşaqlı ailələrə bu verilsə, mütləq şəkildə bu təsir göstərəcək.
Təbliğ etmək lazımdır, çalışmaq lazımdır ki, ailələrdə 3 uşaq olsun. Burda həm sosial dəstək paketlərinin rolu var, həm də mənəvi-psixoloji təbliğatın. Son dövrlərdəki bu azalma təkcə sosial şərtlərlə bağlı deyil, ,əsasən, daha çox faizi mənəvi deqradasiya ilə bağlıdır. Çünki, biz görürük ki, maddi-sosial baxımdan vəziyyəti yüksək olan ailələr belə, bir uşaqla kifayətlənir, maksimum iki uşaqla. Bu o deməkdir ki, burda maddi problem deyil, mənəvi problemdir”.
Sosioloq əlavə edir ki, insanların həyat tərzi, həyata baxışları, psixologiyaları dəyişib və özləri üçün yaşamağa çalışırlar:
“Açıq şəkildə bəzi gənclər deyirlər ki, biz nə qədər maddi imkanımız olsa da, özümüzü əyləncəmizə, yaşayışımıza sərf etmək istəyirik, uşaqlara yox. Bax bu təhlükəli tendensiyadır. Bu qeyri-təbii, qeyri-mənəvi, bioloji qanunlara da zidd olan qorxunc bir təbliğatın təsiridir, qlobal bir təbliğatların təsiridir. Öz milli mənəvi dəyərlərimizi, ailə dəyərlərimizi kənara atmağın təsiridir. Ona görə bu istiqamətdə də iş aparılmalıdır. Milli mənəvi dəyərlərimizin, ailə dəyərlərimizin əleyhinə aparılan təbliğatlar tam dayandırılmalıdır və əksinə öz dəyərlərimiz təbliğ edilməlidir.
Uşaqlara, gənclərə də izah etməliyik ki, normal ailə üç uşaqdan başlayır. Yəni normal ailə budur.
Əlavə olaraq dediyim kimi, gənclərin bununla bağlı sosial dəstəyə də ehtiyacı var, onlara əlavə güzəştlər də lazımdır. Məsələn, 3 uşaqlı ailələrdə valideynlərin iş məsələsində dəstək verilməlidir, normal işləri olmalıdır. Əlavə müavinət olmalıdır. Tutaq ki, məsələn, ev problemi həll olunmalıdır, evi yoxdursa güzəştli şərtlərlə, uzunmüddətli mənzil alınmasına, sosial mənzilin alınmasına dəstək verilməlidir. Tutaq ki, onların uşaqlarının təhsilində və sair məsələlərdə güzəştlər tətbiq olunmalıdır. Əgər bunlar olunsa, mütləq şəkildə bu tendensiyanı əksinə çevirə bilərik.
Dediyim kimi, bu rəqəm çox təhlükəlidir bizim üçün. Ən azı biz bunu 2.2-yə və daha yuxarı qaldırmalıyıq 1.6-dan. Buna da imkanlar var bizim mənəvi bazamızda da var. Min illərdir belə olub, sadəcə son dövrlərdə bu tendensiya qlobal təsirlər nəticəsində yayılıb. Bunun qarşısını almaq üçün iki istiqamətdə iş aparmaq lazımdır, dediyim kimi: sosial dəstək paketləri və mənəvi-psixoloji reabilitasiya lazımdır gənclərə. Bunlar həyata keçirilsə dövlət tərəfindən, mən belə təsəvvür edirəm ki, uzaqbaşı 5 il ərzində biz balansı bərpa eləyə bilərik, yəni normal vəziyyətə qayıda bilərik”.
Çimnaz Telmanqızı
21:28 / 11 May 2026
31
21:18 / 11 May 2026
55
21:03 / 11 May 2026
180
20:49 / 11 May 2026
172
20:28 / 11 May 2026
51
20:21 / 11 May 2026
55
20:11 / 11 May 2026
88
19:45 / 11 May 2026
52
19:41 / 11 May 2026
89
19:28 / 11 May 2026
250
19:21 / 11 May 2026
84
19:09 / 11 May 2026
74
18:59 / 11 May 2026
72
18:50 / 11 May 2026
94
18:46 / 11 May 2026
254
18:39 / 11 May 2026
110
18:33 / 11 May 2026
86
18:28 / 11 May 2026
175
18:16 / 11 May 2026
215
18:09 / 11 May 2026
77
18:06 / 11 May 2026
668
18:00 / 11 May 2026
367
17:57 / 11 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.