2 aprellə bağlı XƏBƏRDARLIQ
01 Aprel 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
212
01.04.2026, 10:38
Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Bu barədə Oxu24.com-a məhkəmədən məlumat verilib.
Bildirilib ki, gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir.
Praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır.
Borc müqaviləsi nə vaxt yazılı formada bağlanmalıdır?
Qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.
Yazılı forma niyə vacibdir?
Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.
Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur.
Borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir. Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.
Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur.
Həmçinin oxuyun
Tövsiyələr
Borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə olunur:
· borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;
· müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;
· mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;
· borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;
· tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;
· zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.
Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.
12:41 / 01 Aprel 2026
2
12:38 / 01 Aprel 2026
10
12:29 / 01 Aprel 2026
20
12:25 / 01 Aprel 2026
19
12:22 / 01 Aprel 2026
22
12:19 / 01 Aprel 2026
25
12:10 / 01 Aprel 2026
282
12:07 / 01 Aprel 2026
34
12:04 / 01 Aprel 2026
30
11:52 / 01 Aprel 2026
36
11:50 / 01 Aprel 2026
38
11:44 / 01 Aprel 2026
45
11:40 / 01 Aprel 2026
38
11:33 / 01 Aprel 2026
43
11:25 / 01 Aprel 2026
41
11:15 / 01 Aprel 2026
43
11:14 / 01 Aprel 2026
388
11:05 / 01 Aprel 2026
779
10:58 / 01 Aprel 2026
42
10:57 / 01 Aprel 2026
125
10:54 / 01 Aprel 2026
46
10:35 / 01 Aprel 2026
87
10:31 / 01 Aprel 2026
50
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.