Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
752
31.03.2026, 18:44
Son illərdə Bakı sürətlə artan əhali və nəqliyyat sıxlığı səbəbindən ciddi yüklənmə ilə üz-üzə qalıb. Günün əksər saatlarında müşahidə olunan tıxaclar, infrastrukturun həddindən artıq yüklənməsi və şəhər həyatının çətinləşməsi paytaxtda yaşamağı getdikcə daha mürəkkəb hala gətirir. Mövcud vəziyyətdən çıxış yolu kimi müxtəlif təkliflər irəli sürülür ki, bunlardan biri də paytaxtın və eləcə də Bakıda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin ölkənin digər bölgələrinə köçürülməsi ideyasıdır.
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı 118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov Redaktor.az-a bildirdi ki, universitetlərin paytaxtdan kənarda fəaliyyəti dünya təcrübəsində mövcuddur:
"Məsələn, biz qardaş Türkiyənin İstanbul, Ankara şəhərlərinə, yaxud Amerika Birləşmiş Ştatlarının Nyu-York, Vaşinqton şəhərlərinə, Pekin və Çinin inkişaf etmiş, ticarətlə bağlı çox mühüm mərkəzlərinə nəzər sala bilərik. Bir sıra digər ölkələri də sadalamaq olar. Yəni paytaxtı, Bakını bu problemlərdən qismən azad etmək, tıxac problemini, yüklənmə problemini və müxtəlif narahatlıq yaradan məsələləri aradan qaldırmaq üçün təkcə universitetlərin regionlara köçürülməsi kifayət etmir. Hətta demək olar ki, bir sıra nazirliklərin, komitələrin, dövlət agentliklərinin də bölgələrə köçürülməsi məsələsinə baxılmalıdır və bu zəruridir, buna diqqət yetirilməlidir. Eyni zamanda bu məsələdə təkcə universitetlərlə, dövlət qurumları ilə, nazirliklərlə, agentliklərlə, komitələrlə məhdudlaşmaq olmaz. Bir sıra böyük şirkətlər, özəl və dövlət səviyyəli müəssisələr, istehsal sahələri də mövcuddur. Bunların da bölgələrə, xüsusilə ucqar ərazilərə köçürülməsi məsələsi gündəmə gətirilməlidir. Artıq bu gizli deyil ki, sərhədyanı bölgələrdə, ucqar və dağ rayonlarında əhalinin yaşaması üçün müəyyən çətinliklər mövcuddur. İş yerlərinin azlığı və dolanışıq problemləri bu çətinliklərin əsas səbəblərindəndir. Bütün bu problemlərin həlli üçün hesab edirəm ki, respublikanın bütün bölgələrini əhatə edən bu kimi məsələlərlə məşğul olmağa başlamaq lazımdır və bu prosesi gecikdirmək olmaz".
Deputat Ağdama köçürüləcək universitetlərdən də bəhs etdi:
"Ağdama hansı universitetlərin köçürülməsinin məqsədəuyğun olmasına gəldikdə isə konkret universitet adı çəkmək çətindir. Lakin bir məqam aydındır ki, cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən qayıdış proqramına əsasən bu gün Ağdam müasir, böyük şəhər kimi yenidən qurulur və burada bütün infrastruktur ən yüksək səviyyədə nəzərdə tutulur. Buna görə də istənilən universitetin və ya universitetlərin Ağdamda fəaliyyət göstərməsi məqsədəuyğun hesab olunur. Eyni zamanda müəyyən nazirliklərin, komitələrin, agentliklərin və böyük sahibkarların fəaliyyət sahələrinin Ağdamda, Qarabağın digər bölgələrində, eləcə də qərb, cənub və şimal bölgələrində yerləşdirilməsi yalnız Bakının yükünü azaltmaq məqsədi daşımır. Bu addımlar eyni zamanda regionlarda mövcud olan işsizlik probleminin həllinə ciddi və müsbət təsir göstərir. Hesab edirəm ki, bu məsələ aktualdır və mütləq şəkildə diqqət mərkəzində saxlanmalıdır".
120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov isə sualımıza cavab olaraq bildirdi ki, hazırda tikinti-quruculuq işləri gedən Cəbrayıl rayonu ərazi baxımından kiçik yerdir:
"Ora hansısa univeristetin köçürülməsi məqsədəuyğun sayılmır".
22:17 / 30 Sentyabr 2026
1
22:16 / 30 Sentyabr 2026
7
21:40 / 30 Sentyabr 2026
45
21:12 / 30 Sentyabr 2026
386
21:10 / 30 Sentyabr 2026
51
20:44 / 30 Sentyabr 2026
58
20:38 / 30 Sentyabr 2026
141
20:33 / 30 Sentyabr 2026
62
20:10 / 30 Sentyabr 2026
96
20:10 / 30 Sentyabr 2026
76
19:50 / 30 Sentyabr 2026
72
19:35 / 30 Sentyabr 2026
315
19:26 / 30 Sentyabr 2026
178
19:26 / 30 Sentyabr 2026
77
19:23 / 30 Sentyabr 2026
66
19:21 / 30 Sentyabr 2026
76
19:15 / 30 Sentyabr 2026
67
19:12 / 30 Sentyabr 2026
81
19:01 / 30 Sentyabr 2026
84
18:53 / 30 Sentyabr 2026
110
18:45 / 30 Sentyabr 2026
97
18:29 / 30 Sentyabr 2026
79
18:14 / 30 Sentyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.