İnsan ildə neçə dəfə qrip olmalıdr?
20 Mart 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
91
19.03.2026, 22:20
Sosial şəbəkələrdə yayılan görüntülər əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma başlanılıb.
Oxu24.com xəbər verir ki Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib.
Həmçinin avtomobili ona verən valideyni – Akif Həmidov müəyyən olunub və onun barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Bir daha xatırladılır ki, sürücülük hüququ olmayan şəxslərin, xüsusilə yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsi yolverilməzdir və bu cür hallar ağır nəticələrə səbəb ola bilər. Valideynlərdən xahiş olunur ki, bu məsələdə məsuliyyətli davranaraq övladlarının həyatını risk altına atmasınlar.
***
Sürücülük hüququ olmadan avtomobil idarə edən yeniyetmənin görüntüləri sosial şəbəkədə yayılıb.
Həmçinin oxuyun
Görüntülər Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 14-HA-014 dövlət nömrə nişanlı “Mercedes G500” markalı avtomobilin sürücüsü sükan arxasındaykən doğum gününü qeyd edib. Kadrlardan aydın olur ki, o, maşınla ad günü tortuna yaxınlaşaraq üzərindəki “14” rəqəmini “15” ilə dəyişib.
Başqa vaxt çəkilmiş videoda yeniyetmə yenidən avtomobili idarə edib və həmin anlar dostu tərəfindən lentə alınıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən avtomobili sürmək üçün sürücülük hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər
00:58 / 20 Mart 2026
39
00:56 / 20 Mart 2026
44
00:45 / 20 Mart 2026
41
00:10 / 20 Mart 2026
46
00:03 / 20 Mart 2026
63
23:53 / 19 Mart 2026
65
23:31 / 19 Mart 2026
61
23:13 / 19 Mart 2026
74
22:59 / 19 Mart 2026
178
22:49 / 19 Mart 2026
177
22:36 / 19 Mart 2026
73
22:11 / 19 Mart 2026
95
21:41 / 19 Mart 2026
80
21:30 / 19 Mart 2026
161
21:19 / 19 Mart 2026
284
21:06 / 19 Mart 2026
153
20:59 / 19 Mart 2026
163
20:53 / 19 Mart 2026
7869
20:40 / 19 Mart 2026
244
20:30 / 19 Mart 2026
255
20:19 / 19 Mart 2026
220
20:18 / 19 Mart 2026
74
20:14 / 19 Mart 2026
1020
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.