Rusiyanın Sankt-Peterburq şəhərində telefon mağazasına girən müştəri dünyasını dəyişib.
“Oxu24.com” xəbər verir ki, hadisə şəhərin Nevski rayonunda qeydə alınıb.
Hadisə yerinə gələn polislər 47 yaşlı Azərbaycan vətəndaşının üzərində heç bir zorakılıq əlamətləri olmayan cəsədini aşkar ediblər.
Məlumata görə, satıcı ilə məsləhətləşən kişinin halı qəfil pisləşib. O, gözlənilmədən yerə yıxılıb və dünyasını dəyişib.
Hazırda mərhumun ölüm səbəbləri araşdırılır. Oxu24.com
ŞƏRHLƏR