Qaynar xətt:

(+99450) 247 90 86

4 yaşlı uşaq evdə köməksiz qaldı - Belə çıxarıldı - Video 

news/2026_02_12/fhn_1770872912.jpg

CƏMİYYƏT

68

12.02.2026, 09:08

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2022-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.