SON DƏQİQƏ! Milli Məclis mühüm Konvensiyanı ratifikasiya edəcək
19 Yanvar 2026, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
78
19.01.2026, 09:49
Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir.
Oxu24.com xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb.
Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.
Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb.
Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında ziyarətçilərin istifadəsinə verilib. Yeddi hektar ərazidə inşa olunmuş və 80 faizi yaşıl sahədən ibarət olan muzey iki möhtəşəm binadan ibarətdir. Bu nəhəng muzey kompleksi elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək məqsədi daşıyır.
Efiopiyanın Baş naziri Abiy Ahmedin təşəbbüsü ilə inşa edilən kompleksdə elm və texnologiyaya həsr olunan müasir interaktiv eksponatlar, planetarium və günəş panelləri kimi ekoloji cəhətdən təmiz dizayn elementləri yer alır.
Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal bacarıqların inkişafını təşviq etməyi hədəfləyir, texnoloji tədbirlər və konfranslar üçün mühüm mərkəz rolunu oynayır. Uşaqlar və gənclər arasında böyük populyarlıq qazanan muzeyi indiyədək 7 milyon uşaq ziyarət edib. Bu kompleks Efiopiyanın rəqəmsal transformasiya istiqamətindəki səylərinin əsas elementi olmaqla yanaşı, həm müasir elmi, həm də milli irsi uğurla nümayiş etdirir.
***
Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub.
Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.
Memorialın girişində imperator II Menelik və imperatriçə Taytu Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb.
Həmçinin oxuyun
Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar – qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə, amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir.
***
Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan “Dostluq” Parkını da ziyarət edib.
Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları, musiqinin akkordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.





13:35 / 19 Yanvar 2026
4
13:19 / 19 Yanvar 2026
74
13:13 / 19 Yanvar 2026
43
12:58 / 19 Yanvar 2026
521
12:57 / 19 Yanvar 2026
42
12:43 / 19 Yanvar 2026
35
12:40 / 19 Yanvar 2026
293
12:20 / 19 Yanvar 2026
170
11:57 / 19 Yanvar 2026
49
11:55 / 19 Yanvar 2026
65
11:54 / 19 Yanvar 2026
52
11:36 / 19 Yanvar 2026
55
11:23 / 19 Yanvar 2026
63
11:19 / 19 Yanvar 2026
82
11:11 / 19 Yanvar 2026
80
11:03 / 19 Yanvar 2026
1156
11:03 / 19 Yanvar 2026
62
11:03 / 19 Yanvar 2026
73
10:45 / 19 Yanvar 2026
56
10:39 / 19 Yanvar 2026
89
10:36 / 19 Yanvar 2026
66
10:27 / 19 Yanvar 2026
67
10:26 / 19 Yanvar 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.