Qaynar xətt:

(+99450) 247 90 86

Qızı üçün yazdığı vəsiyyətnaməni toyunda oxudu - VİDEO 

news/2026_01_19/vesss_1_1768764582_1768776631.jpg

CƏMİYYƏT

104

19.01.2026, 09:33

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, ikinci Qarabağ müharibəsi veteranı Haqverdi Dadaşovun qızının toyu olub.

Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, H.Dadaşov övladının xeyir işindəki təsirli çıxışı ilə yadda qalıb.

O, hərbçi həyatı yaşadığı üçün övladı ilə bağlı arzularını yazıya almağa məcbur qaldığını deyib:

“Hərbçi olduğumuz üçün tapşırıqlarımız olur. Həmişə deyirik, Vətən sağ olsun! 8 fevral 2003-cü ildə yazdığım vəsiyyətnaməni oxuyuram. Xanımıma yazmışdım ki, qızımız olacaq, ola bilərdi ki, biz gəlməyə bilərdik. Qızımın adını Aysun qoyarsınız. Şükürlər olsun ki, yazdığımız vəsiyyətnaməni Allah bizə gerçəkliklə qismət etdi”.

Qeyd edək ki, H. Dadaşov Vətən Müharibəsində torpaqların işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib.

Şanlı qələbədən sonra, 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub.