ŞAD XƏBƏR - Bu işçilərə 13 və 14-cü maaş veriləcək
15 Noyabr 2026, 11:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4602
23.12.2025, 22:25
Bəzən bankdan pul götürmüş vətəndaş müxtəlif səbəblərdən rəsmi işini itirir və bu halda bank qarşısında götürdüyü kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Bəs əgər bank kredit götürən vətəndaşı məhkəməyə versə və onun ödəmə qabiliyyətinin olmadığını təsdiqlənsə, bu halda kredit borcu silinə bilər?
İqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, müştərinin kredit öhdəliyini yerinə yetirə bilməməsi ilə bağlı məhkəmə qərarı ən son mərhələ hesab olunur. Bu mərhələyədək kreditin geri qaytarılması üçün bütün mümkün variantlar nəzərdən keçirilir:
"Buraya borcun restrukturizasiyası, daha əlverişli şərtlərin müəyyən edilməsi, mümkün güzəştlərin tətbiqi, borclunun aktivlərinə həbs qoyulması, həmin aktivlərin likvidləşdirilməsi və satılması, eləcə də borc öhdəliyinin zaminə yönləndirilməsi kimi üsullar daxildir. Bu imkanların hamısı məhkəmə prosesi çərçivəsində qiymətləndirilir. Əgər hər hansı səbəbdən borclu kredit qaytarmaq qabiliyyətini tamamilə itirmişsə, məhkəmə birbaşa kreditin silinməsi barədə qərar qəbul etmir. Sadəcə olaraq, məhkəmə borcluya öhdəliklərini yerinə yetirməsi üçün vaxt tanıya bilər. Yəni gələcəkdə işlə təmin olunduğu və ya gəlir əldə etdiyi halda, əməkhaqqının və ya gəlirinin müəyyən hissəsinin borcun ödənilməsinə yönləndirilməsi üçün müddət müəyyən edilə bilər".
R.Həsənov qeyd edib ki, kredit borcu ilə bağlı məhkəmə qərarlarında silinmə halları daha çox dəbbə faizlərinin hesablanması və bu kimi texniki məqamlarla əlaqədar olur:
"Ümumilikdə isə məhkəmə prosesinin başa çatmasına baxmayaraq, kreditin geri qaytarılması ilə bağlı konkret qərarın və ya dəqiq vaxtın müəyyən edilə bilmədiyi hallarda həmin kreditlər banklar üçün toksik aktivlərə çevrilir. Toksik aktivlərin silinməsi bank qanunvericiliyinə və bankların daxili qaydalarına uyğun olaraq xüsusi reqlamentlə tənzimlənir. Həmin reqlament çərçivəsində bu borclar əsas aktivlər siyahısından çıxarılır. Çünki bu kreditlər artıq ümidsiz borc kateqoriyasına aid edilir və banklar həmin vəsaitlərin geri qaytarılması ilə bağlı gözləntilərini sıfıra endirir. Nəticədə, müvafiq aktivlərin silinməsi yolu ilə banklar öz aktivlərinin sağlamlığını qoruyur".
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.