ŞAD XƏBƏR - Bu işçilərə 13 və 14-cü maaş veriləcək
15 Noyabr 2026, 11:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
775
23.12.2025, 21:39
Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq" konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Oxu24.com xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisini ziyarət edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.
Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.
Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya hədiyyə təqdim olunub. Həmçinin Leyla Əliyeva da qonaqlara hədiyyələr təqdim edib.
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.