5 oktyabr müəllim gününə aid ŞEİRLƏR
05 Oktyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
684
23.12.2025, 18:27
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik təklif edilib.
Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən dəyişiklik layihəsində qeyd olunub ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycana 2023-cü ildə 591 ton asbest və 30 min 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 min 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.
Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.
Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.
Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla, qanun layihəsinə əsasən asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.
Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
01:03 / 05 Oktyabr 2026
90
01:01 / 05 Oktyabr 2026
28
00:56 / 05 Oktyabr 2026
29
00:51 / 05 Oktyabr 2026
36
00:50 / 05 Oktyabr 2026
6397
00:42 / 05 Oktyabr 2026
176
00:38 / 05 Oktyabr 2026
58
00:36 / 05 Oktyabr 2026
44
00:35 / 05 Oktyabr 2026
55
00:32 / 05 Oktyabr 2026
41
23:16 / 04 Oktyabr 2026
58
22:50 / 04 Oktyabr 2026
60
22:15 / 04 Oktyabr 2026
74
22:02 / 04 Oktyabr 2026
76
21:54 / 04 Oktyabr 2026
324
21:07 / 04 Oktyabr 2026
263
20:53 / 04 Oktyabr 2026
104
20:43 / 04 Oktyabr 2026
84
20:21 / 04 Oktyabr 2026
78
20:06 / 04 Oktyabr 2026
171
19:55 / 04 Oktyabr 2026
90
19:44 / 04 Oktyabr 2026
315
19:23 / 04 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.