Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
16 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
616
23.12.2025, 12:03
Çoxunun “rasşotnoy” adlandırdıqları son haqq-hesab işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verildiyi ay üzrə əməkhaqqı, istifadə edilməmiş məzuniyyətin kompensasiyası və qanunla müəyyən olunan işdənçıxarma müavinətindən ibarət vəsaitdir.
Bəs bu ödənişlərin məbləği necə müəyyən olunur?
Oxu24.com xəbər verir ki, qanunvericiliyə görə, işdən azad olunan işçiyə həmin ayda işlədiyi günlərə görə əməkhaqqı ödənilməlidir.
Əməkhaqqı işçinin işlədiyi günlərə görə hesablanır. Məsələn, vəzifə maaşı 1200 manat olan işçinin əmək müqaviləsinə 2025-ci ilin dekabr ayının 19-da xitam verilib. 22 iş günü olan ayda işçi 14 gün işdə olub. Bu halda işçinin əməkhaqqı məbləği 763,63 manat (1200*22x14) təşkil edəcək. Bu məbləğdən müvafiq tutulmalar edilir.
Həmçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı hesablanarkən əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 ayın orta əməkhaqqısına əsasən müəyyən edilir.
Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqısının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə birgünlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin günlərinin sayına vurulur.
Məsələn, işçi məzuniyyətdən əvvəlki 12 ay ərzində 14 min 400 manat ödəniş alıbsa, bu məbləğ 12-yə bölünməklə orta aylıq əməkhaqqı tapılır (1200 manat) və alınan məbləğ 30,4 -ə bölünməklə birgünlük əməkhaqqı məbləği (39,47 manat) müəyyən edilir. Bu məbləğ əsas məzuniyyət günlərinin sayına vurulmaqla məzuniyyətə görə pul əvəzi ödənilir (Bu məbləğdən də müvafiq tutulmalar edilir). Bu zaman əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Eyni zamanda, məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Belə ki, il ərzində işçiyə 30 gün (hər ay üçün 2,5 gün) məzuniyyət günü düşür. Lakin işçi ili tam işləməyibsə, o zaman, işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır. Məsələn, 2024-cü il dekabr-2025-ci il dekabr dövrü üzrə məzuniyyətindən 2025-ci ilin iyun ayında istifadə etmiş işçi ilə 2025-ci ilin avqust ayında əmək münasibətlərinə xitam verildikdə, ödənilmiş məzuniyyət haqqının bir hissəsi işçidən tutula bilər.
Bundan başqa, məzuniyyətindən istifadə etməmiş işçiyə əmək müqaviləsinə xitam verilərkən (müəyyən hallar istisna olmaqla) ona öz arzusu ilə məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
Həmçinin iş yeri ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar olunduqda işçiyə həmin müəssisə ilə bağlanmış əmək müqaviləsi üzrə iş stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.
Qafqazinfo
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.