Azərbaycan-Türkiyə media münasibətləri müzakirə edilib
19 Dekabr 2025, 17:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
153
19.12.2025, 16:54
1 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev akademik Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi ilə bağlı Sərəncam imzaladı.
Hazırda 70-dan çox ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 6 fakültə, 31 kafedra, elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbə, magistrant və doktorantların sayı 6500 nəfərə yaxındır.
Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, ABŞ-ın, Rusiyanın, Çinin, Böyük Britaniyanın, Fransanın və Avropanın, Asiyanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.
Bəs, ADU-nun dekan, şöbə müdirləri və rektor müşavirləri kimlərdir?
Oxu24.com xəbər verir ki,İngilis və alman dilləri fakültəsimin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Naibə Elxan qızı Camalzadədir.
Naibə xanım 1981-ci ilin 2 may tarixində anadan olub. 1998-ci ildə Azərbaycan Dillər Universitetinin alman dili fakültəsinə daxil olmuş, 2002-ci ildə universiteti bitirmişdir. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq (Alman dili ixtisası) üzrə magistraturaya qəbul olmuş, 2004-cü ildə bitirmişdir. 2004-cü ildən 2005-ci ilədək Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasında tam ştat laborant, 2005-ci ildən 2006-ci ilədək tam ştat baş laborant, 2006-cı ildən 2014-cü ilədək tam ştat müəllim, 2014-cü ildən 2018-ci ilədək ADU-nun II Xarici dil kafedrası tam ştat baş müəllim, 2018-ci ildən 2023-cü ilədək Azərbaycan Dillər Universiteti, Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim vəzifəsini icra etmiş, 21.11.2023-cü ildən 01.11.2024-cü il tarixədək Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2007-ci ildə Azərbaycan Dillər Universitetinin Müasir Alman dili kafedrasının dissertantı olmuş, 2015-ci ildə “1996-cı il alman orfoqrafiyası islahatı və alman orfoqrafiyasının problemləri” adlı dissertasiya mövzusunu müdafiə etmiş və 2016-cı il oktyabr ayının 18-də filoliogiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 28.04.2023 ildə isə dosent adı almışdır. 2021-ci ildən ADU-nun filologiya üzrə elmlər doktoru hazırlığı proqramı üzrə 5708.01-German dilləri ixtisası sahəsində Alman dilinin fonetikası və qrammatikası kafedrasının qiyabi doktorantıdır, “Alman dilində sadə və mürəkkəb konstruksiyaların funksional-semantik modelləşdirilməsi” adlı mövzu üzərində işləyir. 27 elmi məqalə, tezis, 2 dərs vəsaiti, 2 lüğətin, 1 proqramın müəllifidir.
İngilis və fransız dilləri fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Babayevadır.
Vəfa Zafir qızı Babayeva 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayıt şəhər 20 saylı orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə qəbul olmuşdur. 1998-ci ildə Tərcümə fakültəsinin bakalavr pilləsini, 2000-ci ildə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə “Klassik İngilis poeziyasında bədii ifadə, bədii təsvir vasitələri və onların Azərbaycan dilinə tərcümə yolları” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə filologiya elmləri namizədi alimlik dərəcəsi, 2016 cı ildə dosent elmi adı almışdır.
2000-ci ildən ildən ADU-nun İngilis dilinin tarixi və leksikası kafedrasında çalışmağa başlamışdır. 2007-2008-ci illərdə 2№li İngilis dili fakültəsində tədris işləri üzrə dekan müavini, 2008-2010-cu illərdə Tərcümə fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2010-2013-cü illərdə 2№li İngilis dili fakültəsinin, 2014-2017 -ci illərdə Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı vəzifəsində çalışmışdır. 2024-cü ilin noyabr ayından ADU-nun İngilis və fransız dilləri fakültəsinə rəhbərlik edir.
Bir sıra kurslarda, müxtəlif beynəlxalq konfranslarda və bir sıra xarici ölkələrdə təlimlərdə iştirak etmişdir.
Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Budaqovadır.
Aynur Muxtar qızı Budaqova 1980-ci ilin 16 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. 1997–2005-ci illərdə Azərbaycan Dillər Universitetində bakalavr və magistratura səviyyələri üzrə ali təhsil almış və həmin universitetin məzunu olmuşdur.
2010–2015-ci illərdə Azərbaycan Dillər Universitetinin “Linqvokulturologiya” kafedrasının müəllimi və dissertant kimi fəaliyyət göstərmiş, 5708.01 – German dilləri ixtisası üzrə “İngilisdilli media mətnlərinin funksional tədqiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək 2020-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2024-cü ilin yanvar ayında həmin ixtisas üzrə dosent elmi adını almışdır.
A.M. Budaqova 2002-ci ildən etibarən Azərbaycan Dillər Universitetində təhsil aldığı (Filologiya-ingilis dili və Dilşünaslıq-ingilis dili) ixtisaslar üzrə baş laborant, müəllim, baş müəllim, SABAH qrupları, ingilis dilinin tədrisi üzrə müəllim, 2018-2022-ci illərdə Elm və Təhsil Nazirliyinin pilot layihəsi çərçivəsində fəaliyyət göstərən ADU-nun SABAH Mərkəzinin rəhbəri vəzifələrində çalışmışdır. Hazırda ADU-nun Filologiya fakültəsinin dekanı vəzifəsilə yanaşı həmin fakültənin nəzdində fəaliyyət göstərən Xarici dillərin tədrisi metodikası kafedrasında baş müəllim, filologiya üzrə fəlsəfə doktoru və dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.
A.M. Budaqova mütəmadi olaraq elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur, respublika və beynəlxalq səviyyəli elmi konfranslarda məruzələrlə çıxış edir. O, ixtisası üzrə bir sıra nüfuzlu beynəlxalq təlimlərdə iştirak etmiş, CELTA (Certificate in English Language Teaching to Adults), TKT (Teaching Knowledge Test + all modules), TESOL/TEFL (Teaching English as a Foreign Language), USA-OPEN MOOCs onlayn proqramları, Harvard Universitetinin Liderlik üzrə onlayn təlim proqramı, International Internship University, Mentor İnkişaf Proqramı və digər kurslarda iştirak edərək beynəlxalq sertifikatlarla təltif olunmuşdur.
2023-cü ilin may ayında Erasmus+ proqramı çərçivəsində İspaniyanın Mursiya Universitetində mübadilə proqramı üzrə qrant qazanaraq praktiki təcrübə keçmişdir. Eyni zamanda Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif tədbir və təlimlərdə fəal iştirakına görə bir sıra sertifikat və təşəkkürnamələrlə mükafatlandırılmışdır.
2023–2024-cü tədris ilində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ingilis dili fənni üzrə tədrisin keyfiyyətinə nəzarət məqsədilə dərs müşahidələrinə dair yaradılmış komissiyanın təşkilində, müvafiq sənədlərin hazırlanmasında iştirak etmiş və komissiyanın fəaliyyətinə rəhbərlik dosent A.M. Budaqovaya həvalə olunmuşdur.
A.M. Budaqova müəllifi olduğu bir neçə dərs vəsaiti, fənn proqramı, 30-a yaxın elmi məqalə və tezisləri ölkə daxilində və xaricdə nəşr olunmuşdur.
Təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadədir.
Hikmət Əlizadə 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1963-cü ildə Bakı şəhəri 161 saylı məktəbdə I sinfə gedib. 1973-cü ildə isə Bakı şəhəri 240 saylı orta məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbacan Pedaqoji İnstitutunda (indiki APDU) təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
Elmi dərəcə və elmi adlar
1985-ci ildə “IV – VIII sinif şagirdlərinin təlimə məsuliyyətli münasibətinin formalaşmasına demoqrafik amillərin neqativ təsirinin korrektə edilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi elmi dərəcəsi alıb. 1989–cu ildə dosent elmi adına layiq görülüb..
1996-cı ildə “Tərbiyənin demoqrafik problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru elmi dərəcəsi alıb.
2003-cü ildə professor elmi adına layiq görülüb.
Əmək fəaliyyəti
1978 -1980–ci illərdə Bakı şəhəri 9 saylı internat məktəbinə müəllim vəzifəsində çalışıb. 1980-1984-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADDU) Pedaqogika kafedrasının aspirantı (doktorantı) olub. 1984-2006-cı illər ərzində Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında müəllim, dosenti və professoru olub.
Bakı Dövlət Universitetində 2006–2021-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı, 2024-cü ildə isə BDU-nun Pedaqogika kafedrasının professoru olub. 2024-cü ildən Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanıdır.
Tərcümə fakültəsinin dekanı, Filologiya üzrə elmlər doktoru, professor Bənövşə Məmmədovadır.
Bənövşə Məmmədova 10 iyul 1985-ci ildə Naxçıvan şəhərində anadan olub.
1991-2001-ci illərdə orta təhsilini Bakıdakı 200 saylı məktəbdə almışdır.
2001-2005-ci illərdə ADU-nu Filologiya (xarici dil) İngilis dili bakalavr dərəcəsi ilə bitirmişdir.
2008-2010-cu illərdə Gəncə Dövlət Universitetində Dilçilik (xarici dil) üzrə magistr dərəcəsi alıb.
2011-2017-ci illərdə Bakı Slavyan Universitetinin 5714.01 - Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə doktoranturasında oxumuşdur.
2016-cı ildə "İnternet mətnlərinin praqmatikası (İngilis və Azərbaycan dillərinin müqayisəsinə əsaslanaraq)" mövzusunda dissertasiya müdafiə etdi.
2017-ci ildə filologiya elmləri doktoru almışdır
2017-ci ildə ADU-nun Təlimində İnnovasiyalar kafedrasının baş müəllimi
2017-ci ilin Noyabr ayından ADU-nun Tərcümə Fakültəsinin dekanıdır
2018-ci ilin mart ayından etibarən həmin kafedranın dosentidir
2019-cu ildən ADU-nun Elmlər doktoru proqramı üzrə dissertasiya işidir
Malta Universitetinin dil məktəbi
Ailəlidir və 3 övladı var.
Təhsil, elmi dərəcələr və elmi adlar
2005, Azərbaycan Dillər Universiteti, Filologiya (xarici dil) İngilis dili müəllimi
2010, Gəncə Dövlət Universiteti, Dilçilik (xarici dil) İngilis dili
2017, filologiya üzrə fəlsəfə doktoru
Əmək fəaliyyəti
2005-2008, Nərimanov rayonu, 36 saylı məktəb, İngilis dili müəllimi
2008-2009, Azərbaycan Müəllimlər İnstitutunun Beynəlxalq Əlaqələr Kabineti, operator
2009-2010, Azərbaycan Müəllimlər İnstitutunun Beynəlxalq Əlaqələr Ofisi, metodist
2010-2012, İngilis Dili Tarixi və Qrammatikası Bölümü, Bakı Slavyan Universiteti, müəllim
2012-2017, Bakı Slavyan Universiteti İngilis Filologiyası Bölümü, baş müəllim
2017, ADU-nun Təlimində İnnovasiyalar Bölümü, baş müəllim
2018, ADU-nun Tədrisində İnnovasiyalar Bölümü, dos
2017 - fevral-sentyabr, ADU Pedaqoji Fakültəsi (İngilis və Alman dili), Dekan müavini
2017 - sentyabr-noyabr, ADU-nun magistr şöbəsi, rəhbər
Noyabr 2017-ci ildən bu günə qədər ADU-nun Tərcümə fakültəsinin dekanıdır.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, Tarix elmləri doktoru, professor İbrahim Kazimbəylidir.
İbrahim Kazimbəyli 1975- ci il yanvarın 6-da Şahbuz rayonunun Nursu kəndində ziyalı ailəsində anadan olub.
1981-1991-ci illərdə Nursu kənd orta məktəbində təhsilini gümüş medalla bitirib.
1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin tarix filologiya fakültəsinin tarix ixtisasında təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
1996-2000-ci illərdə Bakı Dövlət Universitetində Vətən tarixi ixtisası üzrə aspirantura şöbəsində təhsil alıb.
Elmi dərəcə və elmi adları
2003-cü il 19 sentyabrda “Naxçıvan bölgəsinin tarixi demoqrafik tədqiqi” (1828-1920-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2009-cu il il aprelin 28-də dosent elmi adı alıb.
2018 ci il iyulun 7 də“Azərbaycanın İrəvan bölgəsi XIX əsrin II yarısı-XX əsrin əvvəllərində” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Tarix Elmləri doktoru Elmi dərəcəsi verilmişdir.
Əmək fəaliyyəti
01.1997-01.08.1999 Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrası, 0.5 müəllim.
08.1999-12.05.2000 Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrası, tam ştat müəllim.
05.2002-05.06.2006 Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrası, baş müəllim.
06.2006-01.11.2008 Naxçıvan Dövlət Universitetinin“Azərbaycan tarixi” kafedrası, dosent.
05.2011-01.02.2017 Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrası, 0.5 ştat dosent.
07.2000-02.01.2003 Naxçıvan Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya şöbəsi, 0.5 ştat Elmi işçi.
09.2006-08.02.2007 Naxçıvan Özəl Universitetinin “Humanitar elmlər” kafedrası, müəllim.
02.2007-01.09.2007 Naxçıvan Özəl Universitetinin İqtisadiyyat fakültəsi, dekan müavini.
09.2007-01.11.2008 Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsinin dekanı. ict. əsas. “Humanitar elmlər” kafedrası, müdir.
11.2008-01.10.2014 Naxçıvan Özəl Universitetinin Tədris və elmi işlər üzrə prorektor ict. əsas. “Humanitar elmlər” kafedrası, müdir.
10.2014-2017 “Naxçıvan” Universiteti, Tədris işləri üzrə prorektor.
Dekabr 2017 Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi, dekanıdır.
Həmçinin oxuyun
Keyfiyyətin təminatı və monitorinq şöbəsimin müdiri, dosent Fatma Qurbanzadədir.
Elektron qeydiyyat şöbəsinin müdiri, dosent Aygün Rüstəmzadədir.
Dil Xidmətləri və Təlim Tədris Şöbəsinin müdiri, müəllim Nərmin Şirinlidir.
Xüsusi şöbənin müdiri Elçin Tağıyevdir.
Ümumi şöbənin müdiri, müəllim Babazadə Xəndanədir.
Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri Əsədzadə İranədir.
Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayevadır.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri, müəllim Zeynal Cəfərovdur.
İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin müdiri Azər Kərimovdur.
Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovadır.
Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsimin müdiri Səadət Qasımzadədir.
Təsərrüfat şöbəsinin müdiri Nail Quliyevdir.
İnsan resursları şöbəsinin müdiri Məmməd İsmayılovdur.
Beynəlxalq jurnalistika şöbəsinin müdiri, Nərgiz Qurbanlıdır.
Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayevadır.
Elm şöbəsinin müdiri, dosent Sevda İmanovadır.
İctimaiyyətlə əlaqələr şöbəsimin müdiri Cavid Zeynallıdır.
ADU-nun inzibati məsələlər üzrə müşaviri Cosqun Dadaşov və Anar Osmanlıdır.
Coşqun Dadaşov
Anar Osmanlı
Rektorun maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyevadır.
Hazırladı: Nigarxanım
17:47 / 19 Dekabr 2025
34
17:46 / 19 Dekabr 2025
38
17:44 / 19 Dekabr 2025
41
17:23 / 19 Dekabr 2025
57
17:06 / 19 Dekabr 2025
1035
16:39 / 19 Dekabr 2025
282
16:36 / 19 Dekabr 2025
145
16:24 / 19 Dekabr 2025
172
16:19 / 19 Dekabr 2025
62
16:09 / 19 Dekabr 2025
86
16:03 / 19 Dekabr 2025
621
16:02 / 19 Dekabr 2025
72
15:54 / 19 Dekabr 2025
150
15:31 / 19 Dekabr 2025
300
15:25 / 19 Dekabr 2025
143
15:04 / 19 Dekabr 2025
68
15:01 / 19 Dekabr 2025
60
14:46 / 19 Dekabr 2025
944
14:43 / 19 Dekabr 2025
72
14:35 / 19 Dekabr 2025
54
14:25 / 19 Dekabr 2025
60
14:11 / 19 Dekabr 2025
285
14:00 / 19 Dekabr 2025
217
13:38 / 19 Dekabr 2025
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.