Generalın qızı başqa bir generalı məhkəməyə verdi
15 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
690
19.12.2025, 00:51
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və "Bilim Bakı" mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti, həmçinin "ASAN xidmət" mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "ASAN Məktub" ağacındakı məktublardan birini öhdəliyə götürüb.
Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir.
"Bilim Bakı" mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeyd olunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrə marağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqları aşılamaqdır.
Tədbirin rəsmi hissəsi "ASAN Məktub" sosial proqramının 10 illik fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçün bildirilib ki, "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı 3–14 yaşarası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etmək məqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bu günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzular gerçəkləşdirilib.
Qonaqlara "Bir qəlbi də sən isit" layihəsi haqqında da məlumat verilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaşarası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkənin müxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusunun reallaşdırıldığı diqqətə çatdırılıb.
Sonra "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "ASAN Məktub", "Yaşıl ASAN" və "ABAD" stendlərinə də baş çəkib.
Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkmə aksiyası ilə davam edib.
Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olan uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
13:27 / 15 Noyabr 2026
1
12:55 / 15 Noyabr 2026
558
12:36 / 15 Noyabr 2026
209
12:28 / 15 Noyabr 2026
93
12:11 / 15 Noyabr 2026
97
11:52 / 15 Noyabr 2026
146
11:43 / 15 Noyabr 2026
90
11:29 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
101
11:20 / 15 Noyabr 2026
107
11:10 / 15 Noyabr 2026
103
11:07 / 15 Noyabr 2026
605
10:50 / 15 Noyabr 2026
110
10:25 / 15 Noyabr 2026
263
10:21 / 15 Noyabr 2026
109
10:18 / 15 Noyabr 2026
103
10:12 / 15 Noyabr 2026
135
09:35 / 15 Noyabr 2026
512
07:35 / 15 Noyabr 2026
218
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.