Bahar Muradova Gəncədə vətəndaşları qəbul edəcək
02 Aprel 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
554
18.12.2025, 18:25
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.
Bu barədə Oxu24.com-a Mətbuat Şurasından məlumat verilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul olunub.
İclasda müzakirəyə çıxarılan məsələlərdən biri Mətbuat Şurasına şikayətlərlə bağlı olub. MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədova bildirib ki, rəhbərlik etdiyi komissiya İH-nin iclasından əvvəl öz iclasını keçirib. O, həmin toplantıda 6 şikayətin nəzərdən keçirildiyini bildirib və deyib ki, şikayətlərdən biri bilavasitə Mətbuat Şurasının səlahiyyət dairəsinə aid olmasa da, Şuranın Katibliyi tərəfindən orada adları çəkilən jurnalistlərlə söhbət aparılb və problem yoluna qoyulub, bununla bağlı müvafiq məlumatlandırma işi aparılıb.
Mətbuat Şurasının İdarə Heyətinin iclasında Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub. Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxundu: "Dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlətimizin başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident, eyni zamanda, həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi".
Müzakirələrdən sonra sədr Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil Komissiyasının yeni tərkibi müəyyənləşib. Qərara alınıb ki, tərkibdə İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, həmçinin dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlər görülsün.
Həmçinin oxuyun
İclasda bildirilib ki, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının daha çox beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmalarına, onların ayrı-ayrı beynəlxalq konfranslarda daha institsional şəkildə iştiraklarına ehtiyac var. Bu baxımdan Mətbuat Şurasının nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılmasına ehtiyac olduğu qeyd olunub. İclasda məsələ ilə bağlı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənilib və təkliflər irəli sürülüb. Qərara alınıb ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət göstərəcək koordinasiya mərkəzi gələn il konkret iş strategiyasını və mərkəzdə təmsil olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.
Mətbuat Şurasının İdarə Heyətinin builki son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə təqdim olunub. Şura sədri R.Məcid yubiley medalını Azərbaycan dövlətinin həm jurnalist əməyinə, həm də milli mətbuatımızın keçdiyi şərəfli yola dəyərinin növbəti bariz nümunəsi kimi qiymətləndirib və medalı təltif etmək səlahiyyətinə malik Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.







16:19 / 02 Aprel 2026
143
16:17 / 02 Aprel 2026
19
16:05 / 02 Aprel 2026
26
16:02 / 02 Aprel 2026
29
15:56 / 02 Aprel 2026
31
15:50 / 02 Aprel 2026
36
15:42 / 02 Aprel 2026
33
15:28 / 02 Aprel 2026
477
15:25 / 02 Aprel 2026
40
15:22 / 02 Aprel 2026
40
15:17 / 02 Aprel 2026
111
15:15 / 02 Aprel 2026
1580
15:05 / 02 Aprel 2026
79
14:57 / 02 Aprel 2026
126
14:47 / 02 Aprel 2026
160
14:44 / 02 Aprel 2026
100
14:39 / 02 Aprel 2026
96
14:36 / 02 Aprel 2026
134
14:29 / 02 Aprel 2026
52
14:22 / 02 Aprel 2026
51
14:07 / 02 Aprel 2026
692
13:53 / 02 Aprel 2026
592
13:43 / 02 Aprel 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.