Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
887
17.12.2025, 15:20
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub.
Bu barədə Oxu24.com-a Audiovizual Şuradan məlumat verilib.
"MTV" kanalının efirində 28.11.2025 tarixdə, saat 10:04-11:54 arası yayımlanan "Xoş sabah" proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib: "Proqramda iştirak edən qonaqlardan biri "İnsanlar düşünürlər ki boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın hüquqları artıqca, boşananların sayı artmağa başladı. Bu da inkişafı göstərir, əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər, susurdular hər bir şeyə. Bügün o söhbət yoxdur artıq. Bügün artıq insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa." ifadələrini işlətməklə öz mövqeyini ifadə etmişdir. Digər bir qonaq isə, buna cavab olaraq "Bu inkişaf deyil, əxlasızlıqdır" ifadəsindən istifadə edilib. Boşanmanın inkişaf kimi təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq adlandırılması, ümumən isə, redaksiya nümayəndəsinin (bu halda, aparıcının) belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik pozuntusu kimi qeydə alınıb, zəruri prosedurlara uyğun olaraq araşdırma aparılıb, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit olunub".
İclas zamanı Audiovizual Şura üzvləri məsələni ətraflı müzakirə ediblər. Bildirilib ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın "inkişaf" kimi təqdim olunması, digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab olunur. Audiovizual Şuranın üzvləri tərəfindən "boşanmaq inkişafdır" ifadəsi Ailə Məcəlləsinin, habelə "Media haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilib, qeyd olunan yayımla bağlı "MTV" kanalına ciddi xəbərdarlıq olunub.
Qeyd olunub ki, Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, redaksiya nəzarətini gücləndirməyə, yayım zamanı ictimai dəyərlərə hörmət etməyə, həssas mövzularda, xüsusilə ailə, uşaq, nikah mövzularında diqqətli olmağa çağırır.
14:02 / 15 Noyabr 2026
7
13:27 / 15 Noyabr 2026
141
12:55 / 15 Noyabr 2026
875
12:36 / 15 Noyabr 2026
258
12:28 / 15 Noyabr 2026
113
12:11 / 15 Noyabr 2026
109
11:52 / 15 Noyabr 2026
163
11:43 / 15 Noyabr 2026
102
11:29 / 15 Noyabr 2026
120
11:20 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
117
11:10 / 15 Noyabr 2026
112
11:07 / 15 Noyabr 2026
675
10:50 / 15 Noyabr 2026
120
10:25 / 15 Noyabr 2026
270
10:21 / 15 Noyabr 2026
114
10:18 / 15 Noyabr 2026
109
10:12 / 15 Noyabr 2026
140
09:35 / 15 Noyabr 2026
525
07:35 / 15 Noyabr 2026
238
05:50 / 15 Noyabr 2026
156
01:35 / 15 Noyabr 2026
169
01:10 / 15 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.