Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
886
17.12.2025, 13:13
Gələn il sərhədlərin açılmaması ehtimalı cəmiyyətdə suallar doğurur. Maraqlıdır, belə bir halda hökumət konkret alternativ plan təqdim edəcəkmi?
Oxu24.com xəbər verir ki, Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, gələn ilin əsasən ilk yarısında quru sərhədlərin açılması real görünmür. Onun sözlərinə görə, mövcud karantin rejiminin əvvəlcə aprel ayına, daha sonra isə iyul ayına qədər uzadılması ehtimalı yüksəkdir.
C.Abbaslı qeyd edib ki, ilin ilk 6 ayı üçün sərhədlərin açılmasının gözlənilməməsinin arxasında dövlətin nəzərə aldığı bir sıra strateji məqamlar dayanır. Onun fikrincə, bu məsələdə Zəngəzur dəhlizi əsas prioritetlərdən biridir:
“Dövlət daha çox dəhlizin açılmasında maraqlıdır. Dəhliz açıldıqdan sonra quru sərhədlərlə bağlı qərara baxıla bilər. Böyük ehtimalla həmin mərhələdən sonra sərhədlər açılacaq”.
Siyasi şərhçi vurğulayıb ki, Zəngəzur dəhlizinin də gələn ilin ilk yarısında açılması real görünmür. Buna səbəb kimi Ermənistanda gözlənilən parlament seçkilərini göstərən C.Abbaslı bildirib ki, baş nazir Nikol Paşinyan seçkilərdən əvvəl Azərbaycanla sülh sazişinə imza atmağa və dəhliz məsələsində tam razılıq ifadə etməyə tələsməyəcək:
“Bu addımlar daxildə ona elektorat itkisi yaşada bilər. Ona görə də ilin ilk 6 ayı nisbətən sakit keçəcək”.
Alternativ plan məsələsinə toxunan Cavanşir Abbaslı bildirib ki, bu anlayış əslində mövcud deyil:
“Alternativ plan dedikdə, real olaraq quru sərhədlərin açılması qərarının verilməsi nəzərdə tutulur. Bunun başqa hansı alternativi ola bilər ki?”
O, quru sərhədlərin bağlı qalmasını gecikmiş və sosial baxımdan zərərli qərar kimi qiymətləndirib. Şərhçinin sözlərinə görə, bu vəziyyətdən ən çox zərər çəkən kasıb təbəqədir və qərar birbaşa insanların cibinə təsir edir:
“Dünyanın heç bir yerində artıq karantin anlayışı yoxdur. Azərbaycanda da hökumət yekun qərarı verməlidir. Bahalaşmanın sürətlə artdığı, insanların dolanışığının çətinləşdiyi bir vaxtda quru sərhədlərin bağlı qalması vəziyyəti daha da ağırlaşdırır”.
C.Abbaslı əlavə edib ki, minlərlə Azərbaycan vətəndaşı qonşu ölkələrə işləmək üçün gedir və sərhədlərin bağlı olması onların yaşayışına ciddi maneə yaradır:
“Quru sərhədlər artıq tarix olmalıdır”.
14:02 / 15 Noyabr 2026
7
13:27 / 15 Noyabr 2026
141
12:55 / 15 Noyabr 2026
875
12:36 / 15 Noyabr 2026
258
12:28 / 15 Noyabr 2026
113
12:11 / 15 Noyabr 2026
109
11:52 / 15 Noyabr 2026
163
11:43 / 15 Noyabr 2026
102
11:29 / 15 Noyabr 2026
120
11:20 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
117
11:10 / 15 Noyabr 2026
112
11:07 / 15 Noyabr 2026
675
10:50 / 15 Noyabr 2026
120
10:25 / 15 Noyabr 2026
270
10:21 / 15 Noyabr 2026
114
10:18 / 15 Noyabr 2026
109
10:12 / 15 Noyabr 2026
140
09:35 / 15 Noyabr 2026
525
07:35 / 15 Noyabr 2026
238
05:50 / 15 Noyabr 2026
156
01:35 / 15 Noyabr 2026
169
01:10 / 15 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.