Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
17 Noyabr 2026, 13:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
07.08.2025, 09:20
Rusiyalı nefroloq Danila Pırikov yaşlı insanlar üçün vacib sayılan tibbi analizlər barədə danışıb.
Oxu24.com xəbər verir ki, o, bu barədə şəxsi YouTube kanalında çıxış edərək hər bir yaşlı insanın mütləq şəkildə bir neçə əsas analiz verməli olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə ilk növbədə lipid profili üzrə qan analizi vermək vacibdir. Çünki təkcə ümumi xolesterin səviyyəsini bilmək, ürək-damar risklərini düzgün qiymətləndirmək üçün kifayət etmir. Lipid profili daha geniş və ətraflı məlumat verir və infarkt və insult riskinin qiymətləndirilməsində mühüm rol oynayır.
Həkim həmçinin nəcisdə gizli qanın aşkarlanması testini də tövsiyə edib. Onun fikrincə, bu analiz yaşlı insanlarda yoğun bağırsaq (kolorektal) xərçəngi riskini vaxtında müəyyən etməyə imkan verir. Pırikov yaş artdıqca kolonoskopiyanın da müəyyən aralıqlarla aparılmasının önəmli olduğunu vurğulayıb.
Danila Pırikov əlavə edib ki, kişilər üçün prostat-spesifik antigen (PSA) testi xüsusilə vacibdir. Bu test prostat vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasına imkan verir. Qadınlara isə vaxtaşırı ginekoloji müayinələrdən keçmək və onkositologiya üzrə yaxma testi vermək tövsiyə olunub.xəbər verir ki, o, bu barədə şəxsi YouTube kanalında çıxış edərək hər bir yaşlı insanın mütləq şəkildə bir neçə əsas analiz verməli olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə ilk növbədə lipid profili üzrə qan analizi vermək vacibdir. Çünki təkcə ümumi xolesterin səviyyəsini bilmək, ürək-damar risklərini düzgün qiymətləndirmək üçün kifayət etmir. Lipid profili daha geniş və ətraflı məlumat verir və infarkt və insult riskinin qiymətləndirilməsində mühüm rol oynayır.
Həkim həmçinin nəcisdə gizli qanın aşkarlanması testini də tövsiyə edib. Onun fikrincə, bu analiz yaşlı insanlarda yoğun bağırsaq (kolorektal) xərçəngi riskini vaxtında müəyyən etməyə imkan verir. Pırikov yaş artdıqca kolonoskopiyanın da müəyyən aralıqlarla aparılmasının önəmli olduğunu vurğulayıb.
Danila Pırikov əlavə edib ki, kişilər üçün prostat-spesifik antigen (PSA) testi xüsusilə vacibdir. Bu test prostat vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasına imkan verir. Qadınlara isə vaxtaşırı ginekoloji müayinələrdən keçmək və onkositologiya üzrə yaxma testi vermək tövsiyə olunub.
13:57 / 17 Noyabr 2026
1
13:45 / 17 Noyabr 2026
34
13:24 / 17 Noyabr 2026
76
13:22 / 17 Noyabr 2026
86
12:58 / 17 Noyabr 2026
78
12:55 / 17 Noyabr 2026
89
12:43 / 17 Noyabr 2026
83
12:25 / 17 Noyabr 2026
95
12:05 / 17 Noyabr 2026
546
11:58 / 17 Noyabr 2026
93
11:56 / 17 Noyabr 2026
286
11:28 / 17 Noyabr 2026
100
11:00 / 17 Noyabr 2026
136
10:54 / 17 Noyabr 2026
129
10:50 / 17 Noyabr 2026
146
10:45 / 17 Noyabr 2026
137
10:32 / 17 Noyabr 2026
146
10:30 / 17 Noyabr 2026
152
10:22 / 17 Noyabr 2026
149
10:17 / 17 Noyabr 2026
142
10:13 / 17 Noyabr 2026
138
10:00 / 17 Noyabr 2026
133
09:58 / 17 Noyabr 2026
533
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.