"Trampın qərarları yalnışdır" - Zelenski
18 Oktyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
739
06.08.2025, 20:51
WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilərlə ünsiyyət qurmağa imkan verəcək.
Oxu24.com xəbər verir ki, yeni funksiyanın izlərinə tətbiqin son beta versiyasında rast gəlinib.
Necə işləyir?
Yeni dialoq yaradarkən "telefon nömrəsi olmadan" seçimini etmək kifayətdir. Sistem bu zaman unikal bir keçid (link) yaradacaq. Həmin linki istənilən messencer, e-poçt və ya sosial şəbəkə vasitəsilə göndərmək olar. Lakin söhbət tərəflərindən ən azı birinin cihazında WhatsApp quraşdırılmış olmalıdır.
Məhdudiyyətlər:
Yeni funksiya rahat olsa da, bir sıra məhdudiyyətlərə malikdir:
Foto, video, GIF, səsli mesaj göndərmək və zəng etmək mümkün deyil.
Yalnız bir-birinə mesaj yazmaq mümkündür - qrup çatları dəstəklənmir.
Bununla belə, bütün mesajlar ucdan-uca şifrələnmə ilə qorunur.
Əgər qonaq istifadəçi daha sonra WhatsApp-da qeydiyyatdan keçmək qərarına gəlsə, bütün yazışma tarixçəsi qorunacaq və adi rejimdə söhbətə davam etmək mümkün olacaq.
Funksiya nə zaman rəsmi olaraq istifadəyə veriləcək?
Hazırda bu barədə dəqiq tarix yoxdur. Lakin artıq tətbiqin kodunda bu funksiyanın mövcudluğu aşkarlanıb, bu da onun yaxın yeniləmələrdə istifadəyə veriləcəyini göstərir.(Lent.az)
20:39 / 18 Oktyabr 2026
44
20:25 / 18 Oktyabr 2026
32
20:09 / 18 Oktyabr 2026
56
19:56 / 18 Oktyabr 2026
73
19:42 / 18 Oktyabr 2026
127
19:30 / 18 Oktyabr 2026
493
19:19 / 18 Oktyabr 2026
81
19:09 / 18 Oktyabr 2026
67
18:55 / 18 Oktyabr 2026
357
18:50 / 18 Oktyabr 2026
72
18:47 / 18 Oktyabr 2026
89
18:37 / 18 Oktyabr 2026
127
18:32 / 18 Oktyabr 2026
888
18:30 / 18 Oktyabr 2026
95
18:25 / 18 Oktyabr 2026
119
18:20 / 18 Oktyabr 2026
3319
18:15 / 18 Oktyabr 2026
71
18:00 / 18 Oktyabr 2026
78
17:21 / 18 Oktyabr 2026
133
16:10 / 18 Oktyabr 2026
102
16:05 / 18 Oktyabr 2026
116
15:55 / 18 Oktyabr 2026
117
15:35 / 18 Oktyabr 2026
306
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.