Çətin vəziyyətə düşən şəxs belə xilas edildi
18 Oktyabr 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
686
06.08.2025, 09:30
Yay aylarında temperaturun yüksəlməsi ilə soyuq və dondurulmuş içkilərə maraq artıb. Lakin Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) xüsusilə tərkibində qliserol olan ətirli buzlu içkilərin 7 yaşdan kiçik uşaqlar üçün təhlükəli ola biləcəyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, FSA-nın xəbərdarlığında qeyd edilir ki, belə içkilər kiçik yaşlı uşaqlarda ürəkbulanma, baş ağrısı, hipoqlikemiya (qan şəkərinin kəskin enməsi), şok və huş itkisi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
"The Mirror" qəzetinin yaydığı məlumata görə, valideynlər məhsulun tərkibində qliserin olub-olmadığını almadan öncə mütləq yoxlamalıdırlar. FSA əlavə edib ki, 10 yaşdan kiçik uşaqlar bu içkilərdən gündəlik maksimum 350 ml (təxminən bir banka qazlı içki qədər) istehlak etməlidirlər.
"British Medical Journal"da (BMJ) dərc olunan araşdırma zamanı İngiltərə və İrlandiyada 2-7 yaş arası 21 uşağın bu içkiləri qəbul etdikdən sonra təcili tibbi yardıma ehtiyac duyduğu aşkar edilib. Bu uşaqlarda qliserol toksiklik sindromu müşahidə olunub - bu sindrom hipoqlikemiya, şüur itkisi və qanda turşuluğun artması ilə xarakterizə olunur.
Qliserol, buzlu içkilərin tam şəkildə donmasının qarşısını almaq üçün əlavə edilən təbii şirinləşdirici olsa da, kiçik yaşlı uşaqlar tərəfindən həddindən artıq qəbul edildikdə ciddi təhlükə yarada bilər.
Mütəxəssislər valideynlərə xəbərdarlıq edərək, 8 yaşdan kiçik uşaqlara tərkibində qliserol olan içkilərin verilməməsini, alış zamanı məhsulun etiketindəki tərkibə xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.
22:03 / 18 Oktyabr 2026
20
21:52 / 18 Oktyabr 2026
34
21:31 / 18 Oktyabr 2026
57
21:26 / 18 Oktyabr 2026
68
21:20 / 18 Oktyabr 2026
56
21:13 / 18 Oktyabr 2026
114
21:08 / 18 Oktyabr 2026
77
20:58 / 18 Oktyabr 2026
59
20:39 / 18 Oktyabr 2026
82
20:25 / 18 Oktyabr 2026
88
20:09 / 18 Oktyabr 2026
108
19:56 / 18 Oktyabr 2026
135
19:42 / 18 Oktyabr 2026
172
19:30 / 18 Oktyabr 2026
763
19:19 / 18 Oktyabr 2026
101
19:09 / 18 Oktyabr 2026
77
18:55 / 18 Oktyabr 2026
521
18:50 / 18 Oktyabr 2026
82
18:47 / 18 Oktyabr 2026
106
18:37 / 18 Oktyabr 2026
143
18:32 / 18 Oktyabr 2026
1185
18:30 / 18 Oktyabr 2026
111
18:25 / 18 Oktyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.