Çətin vəziyyətə düşən şəxs belə xilas edildi
18 Oktyabr 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1644
05.08.2025, 12:49
“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.
Bu barədə “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: "Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər".
Qeyd edək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.(Report)
22:54 / 18 Oktyabr 2026
16
22:03 / 18 Oktyabr 2026
68
21:52 / 18 Oktyabr 2026
67
21:31 / 18 Oktyabr 2026
79
21:26 / 18 Oktyabr 2026
87
21:20 / 18 Oktyabr 2026
66
21:13 / 18 Oktyabr 2026
128
21:08 / 18 Oktyabr 2026
92
20:58 / 18 Oktyabr 2026
65
20:39 / 18 Oktyabr 2026
89
20:25 / 18 Oktyabr 2026
96
20:09 / 18 Oktyabr 2026
128
19:56 / 18 Oktyabr 2026
152
19:42 / 18 Oktyabr 2026
186
19:30 / 18 Oktyabr 2026
861
19:19 / 18 Oktyabr 2026
104
19:09 / 18 Oktyabr 2026
82
18:55 / 18 Oktyabr 2026
603
18:50 / 18 Oktyabr 2026
85
18:47 / 18 Oktyabr 2026
113
18:37 / 18 Oktyabr 2026
146
18:32 / 18 Oktyabr 2026
1338
18:30 / 18 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.