Qaynar xətt:

(+99450) 247 90 86

Məktəb direktoruna yüksək vəzifə verildi 

news/2025_07_30/1288265_1753903623.jpg

CƏMİYYƏT

517

30.07.2025, 22:17

Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni müdir təyinatı olub.

Oxu24.com-un məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Elşad Uğurliyev təyin edilib.

O, bundan əvvəl İ.Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektorunun bundan əvvəl müdiri Kərim Kərimov olub.