Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz
15 Avqust 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1484
30.07.2025, 13:15
2013-cü ilin fevralında ilk kosmik peykimiz Azerspace 1 və bir neçə il sonra isə ikinci kosmik peykimiz Azerspace 2 peyki orbitə buraxıldı.
Təssüflər olsun ki, orbitdə 2 öz peykimiz olsada illərdir hələdə regional televiziya kanallarımız və internet televiziyalarımız peyk vasitəsi ilə yayımlana bilmirlər.
Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi gedir.
Bu informasiya müharibəsində telekekanallarımızda mühüm rol onayıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında telekanallarımızın əvəzsiz rolu var.
Bəs niyə öz peykimiz ola-ola regional və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirik?
Oxu24.com xəbər verir ki, yerüstü yayımlanan ümumrespublika kanallarımızla yanaşı bölgələrimizdən yayımlanan çox gözəl regional kanallarımız var.
Məsələn Gəncə şəhərindən fəaliyyət göstərən Kəpəz TV, Quba rayonundan fəaliyyət göstərən Qafqaz TV, Xaçmaz rayonundan fəaliyyət göstərən ARB Şimal, Lənkəran rayonundan fəaliyyət göstərən ARB Cənub, Yevlax rayonundan fəaliyyət göstərən EL TV, İsmayıllı rayonundan fəaliyyət göstərən İsmayıllı TV və s. regional kanallarımız olsada illərdir öz peykimiz vasitəsi ilə yayımlana bilmirlər.
Regional kanallarımızdan yalnız Naxçıvan TV prezidentin ötən ilki fərmanından sonra bu yaxınlarda Azerspace 1 peyki vasitəsi ilə yayıma başlayıb.
İnternet televiziyalarımızdanda APA TV, SƏS TV, Səhiyyə TV, Dost TV, Asan TV və s. kanallarımız peyk vasitəsi ilə yayımlana bilmir.
Sual olunur niyə peykimiz vasitəsi ilə bütün ölkəyə və dünyaya yayımlanmaq imkanı ola-ola regional və internet kanallarımız peyk vasitəsi ilə yayıma həsrətdirlər?
Vətəndaşlarımız niyə regional kanallarımız və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər?
Regional kanallarımızdan ikisi musiqi kanalı Ayaz TV və İsmayıllı TV bir neçə ay öncə Türksat peyki vasitəsi ilə yayıma başladı.
Öz peykimiz ola-ola niyə bizim kanallarımız digər ölkələrin peykinə üz tutmalıdırlar?
Regional kanallarımızdan bir neçəsinin əməkdaşı şəxsən mənə peyk vasitəsi ilə niyə yayımlanmırsınız deyə soruşanda bildirirlər ki, Azerspace peykində yayımlanmaq üçün bizdən elə böyük bir məbləğdə fantastik ödəniş tələb edirlər ki, Türkiyə peyki olan Türksat peykində və digər ölkələrin peykində yayımlanmaq bizə dəfələrlə ucuz başa gəlir.
Bu gün Rusiya kanalları öz peyklərində və bir neçə ölkənin peyklərində yayımlansada bu günlərdə illərdir Türksat peykində yayımlanan 2 Rusiya kanalı RTR Planeta və Rosiya 24 telekanalının ardınca digər Rusiya kanallarıda daha böyük auditoriyaya yayımlanmaq üçün Türksat peyki vasitəsi ilə yayıma başladı.
Biz isə öz kanallarımızın öz peykimiz ola-ola peyk vasitəsi ilə yayımına imkan vermirik.
Dünyanın heç bir öz peyki olan ölkəsində elə şey yoxdur ki, dövlətin öz peyki olsun və həmin ölkədə yayımlanan kanalların hamısı peyk vasitəsi ilə yayımlanmasın.
Məsələn qonşu Türkiyədə 476 kanal var bu gündə bir-birinin ardınca yeni kanallar açılmaqdadır və kanal yayıma başlamazdan əvvəl Türksat peykindən yayım üçün tezlik alır.
Onsuzda ölkəmizdə digər ölkələrlə müqayisədə çox az kanal fəaliyyət göstərir. Məsələn, 3,8 milyon əhalisi olan Gürcüstanda 38 kanal fəaliyyət göstərir. Yeni kanallar açmaq əlimizdən gəlmirsə hal-hazırda fəaliyyət göstərən kanallarında yayımına mane olmayaq. Ümid edirəm tezliklə ölkəmizdə də bütün regional və internet kanalları peyk vasitəsi ilə yayıma başlayar.
Hazırladı: İlkin Məmmədkərimli
23:29 / 15 Avqust 2026
111
23:27 / 15 Avqust 2026
88
22:53 / 15 Avqust 2026
115
22:35 / 15 Avqust 2026
104
22:24 / 15 Avqust 2026
120
21:57 / 15 Avqust 2026
105
21:37 / 15 Avqust 2026
347
21:35 / 15 Avqust 2026
159
21:30 / 15 Avqust 2026
1908
21:24 / 15 Avqust 2026
101
21:24 / 15 Avqust 2026
75
21:17 / 15 Avqust 2026
103
21:17 / 15 Avqust 2026
513
21:16 / 15 Avqust 2026
1225
20:34 / 15 Avqust 2026
86
20:06 / 15 Avqust 2026
124
19:44 / 15 Avqust 2026
95
19:31 / 15 Avqust 2026
101
19:29 / 15 Avqust 2026
95
19:17 / 15 Avqust 2026
105
19:04 / 15 Avqust 2026
87
18:42 / 15 Avqust 2026
95
18:30 / 15 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.