Bakının bir hissəsi qaranlığa büründü
18 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
657
30.07.2025, 12:15
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, qızıl otağının operatorları və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar, həmçinin metallurqlar siyahıya əlavə olunub.
Bu şəxslərə pensiya ilə bağlı hansı güzəştlər edilir? Siyahıya başqa kimlər əlavə oluna bilər?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, bu cür güzəştlər, əsasən, əmək pensiyası hüququnun yaşla bağlı azaldılmasına yönəlib:
“Fiziki və psixoloji baxımdan xüsusilə ağır, zərərli şəraitdə çalışan işçilər erkən pensiyaya çıxmaq hüququna malik olurlar. Bu işçilər Əmək pensiyası haqqında Qanunun 10-cu maddəsinə əsasən, xüsusi kateqoriyaya aid edilirlər. Hesab edirəm ki, bu sahədə çalışanlar pensiya yaşına çatmadan əvvəl erkən əmək pensiyası almaq hüququna sahib olmalıdırlar. Güzəştlər, əsasən, bu cür işçiləri əhatə edir və onların sosial müdafiəsini təmin etmək məqsədini güdür. Belə kateqoriyalar üzrə çalışan insanlar pensiya yaşını 5-10 ilədək azalda bilərlər”.
İqtisadçı qeyd edib ki, xüsusi şərtlərlə, məsələn, ağır və sağlamlığa zərərli şəraitdə işləyənlər daha qısa stajla pensiya hüququ əldə edə bilərlər:
“Əmək qabiliyyətini itirdikləri halda, sağlamlığa kompensasiya məqsədilə erkən pensiyaya çıxış imkanları mövcuddur. Gələcəkdə radioaktiv maddələrlə işləyən, zərərli toz və kimyəvi buxarlarla təmasda olan, dərin şaxtalarda çalışan mədənçilər, uzun stajlı yanğınsöndürənlər və ağır sənaye, kimya istehsalı, neft emalı sahələrində fəaliyyət göstərən operatorlar da bu güzəştlərdən yararlana bilərlər. Çünki son zamanlar aparılan araşdırmalar göstərir ki, bu sahələr də ağır peşələr sırasına daxildir”.
23:59 / 18 Oktyabr 2026
73
23:49 / 18 Oktyabr 2026
69
23:32 / 18 Oktyabr 2026
79
23:21 / 18 Oktyabr 2026
100
22:54 / 18 Oktyabr 2026
94
22:03 / 18 Oktyabr 2026
111
21:52 / 18 Oktyabr 2026
100
21:31 / 18 Oktyabr 2026
115
21:26 / 18 Oktyabr 2026
124
21:20 / 18 Oktyabr 2026
94
21:13 / 18 Oktyabr 2026
165
21:08 / 18 Oktyabr 2026
110
20:58 / 18 Oktyabr 2026
82
20:39 / 18 Oktyabr 2026
103
20:25 / 18 Oktyabr 2026
120
20:09 / 18 Oktyabr 2026
144
19:56 / 18 Oktyabr 2026
176
19:42 / 18 Oktyabr 2026
205
19:30 / 18 Oktyabr 2026
962
19:19 / 18 Oktyabr 2026
116
19:09 / 18 Oktyabr 2026
89
18:55 / 18 Oktyabr 2026
777
18:50 / 18 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.