Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz
15 Avqust 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1769
29.07.2025, 10:33
Məlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.
Bildirilib ki, M.Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb: “Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.
Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub.
Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.
Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi.
Və bu yaxınlarda bu rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvü - Azər Qasımov ifşa edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib.
Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb.
Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil. Belə ki, ölkəmizdə Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlər şimal qonşumuzun yumşaq desək, xoşuna gəlməyib.
Göründüyü kimi Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.
Bütün bunlar dövlətimizin Rusiya da daxil olmaqla xarici ölkə agenturalarına qarşı apardığı tədbirlərin effektini göstərməklə zamanlamanın düzgünlüyünü ortaya qoyur. Əgər bir neçə il əvvəl Rusiya agenturasına qarşı bu tədbirlər həyata keçirilməsəydi, onların ölkədə hansı təxribatlar törədəcəyi, nə kimi fəaliyyətlər göstərəcəyini təxmin etmək heç də çətin olmazdı.
23:29 / 15 Avqust 2026
111
23:27 / 15 Avqust 2026
88
22:53 / 15 Avqust 2026
115
22:35 / 15 Avqust 2026
104
22:24 / 15 Avqust 2026
120
21:57 / 15 Avqust 2026
105
21:37 / 15 Avqust 2026
347
21:35 / 15 Avqust 2026
159
21:30 / 15 Avqust 2026
1908
21:24 / 15 Avqust 2026
101
21:24 / 15 Avqust 2026
75
21:17 / 15 Avqust 2026
103
21:17 / 15 Avqust 2026
513
21:16 / 15 Avqust 2026
1225
20:34 / 15 Avqust 2026
86
20:06 / 15 Avqust 2026
124
19:44 / 15 Avqust 2026
95
19:31 / 15 Avqust 2026
101
19:29 / 15 Avqust 2026
95
19:17 / 15 Avqust 2026
105
19:04 / 15 Avqust 2026
87
18:42 / 15 Avqust 2026
95
18:30 / 15 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.