Milli Məclis qəbul etdi: 1 yanvardan qüvvəyə minəcək
17 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
884
29.07.2025, 09:56
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən Oxu24.com-a verilən məlumata görə, müraciətdə deyilir ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hamı üçün vacibdir:
"Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.
Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.
Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!"
16:21 / 17 Noyabr 2026
1
16:12 / 17 Noyabr 2026
41
15:57 / 17 Noyabr 2026
61
15:43 / 17 Noyabr 2026
71
15:12 / 17 Noyabr 2026
93
15:07 / 17 Noyabr 2026
81
14:52 / 17 Noyabr 2026
85
14:35 / 17 Noyabr 2026
90
14:15 / 17 Noyabr 2026
87
14:02 / 17 Noyabr 2026
98
13:57 / 17 Noyabr 2026
107
13:45 / 17 Noyabr 2026
106
13:24 / 17 Noyabr 2026
123
13:22 / 17 Noyabr 2026
137
12:58 / 17 Noyabr 2026
142
12:55 / 17 Noyabr 2026
147
12:43 / 17 Noyabr 2026
144
12:25 / 17 Noyabr 2026
140
12:05 / 17 Noyabr 2026
787
11:58 / 17 Noyabr 2026
135
11:56 / 17 Noyabr 2026
398
11:28 / 17 Noyabr 2026
123
11:00 / 17 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.