Qaynar xətt:

(+99450) 247 90 86

Bakıya gələn rusiyalı turistlər nələr danışdı? - VİDEO

Bakıya gələn rusiyalı turistlər nələr danışdı? - VİDEO

CƏMİYYƏT

662

28.07.2025, 13:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"CBC TV" Azərbaycana gələn rusiyalı turistlərin təəssüratlarını öyrənib.

Oxu24.com  xəbər verir ki, onlar Bakının gözəlliyindən, təhlükəsizliyindən və qonaqpərvərliyindən bəhs ediblər.

"Biz İçərişəhərdə, Heydər Əliyev mərkəzində olduq - hər şey zəngin, təmiz, gözəl görünür. Yeməklər çox dadlıdır. Bakı pomidoru sadəcə möhtəşəmdir", - rus turislərdən biri deyir.

İlk dəfə Bakıda olduğunu söyləyən digər qonaq isə paytaxtın atmosferini bəyəndiyini və yenidən gələcəklərini bildirib: "Harada insanlarla ünsiyyətə girirdik onların necə xeyirxah olduğunun şahidi olurduq". 

"Gəzmək, istirahət etmək təhlükəsizdir. Həmçinin şəhər çox təmizdir. Biz mütləq geri qayıdacağıq. Burada müxtəlif mədəni istirahətlər şərait yaradılıb", - daha bir rusiyalı turis vurğulayıb.

Azərbaycan mətbəxindən danışan qonaqlardan biri qoyun ətinin Rusiyadakından daha dadlı olduğunu dilə gətirib.