49 nömrəli avtobusa minənlərin NƏZƏRİNƏ!
19 Oktyabr 2026, 13:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
518
26.07.2025, 18:32
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artması ilə bağlı vətəndaşlara çağırış edib.
Oxu24.com xəbər verir ki, çağırışda azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunduğu qeyd edilir.
Çağırışda bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər: “Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar. Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər.
Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər.
Eyni zamanda, qeyd edək ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur. Lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir.
İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və Vətən torpağını birgə qoruyaq”.
13:37 / 19 Oktyabr 2026
33
13:27 / 19 Oktyabr 2026
97
13:22 / 19 Oktyabr 2026
40
13:07 / 19 Oktyabr 2026
723
13:03 / 19 Oktyabr 2026
53
12:55 / 19 Oktyabr 2026
144
12:54 / 19 Oktyabr 2026
78
12:36 / 19 Oktyabr 2026
84
12:35 / 19 Oktyabr 2026
76
12:25 / 19 Oktyabr 2026
64
12:11 / 19 Oktyabr 2026
69
12:04 / 19 Oktyabr 2026
307
11:55 / 19 Oktyabr 2026
122
11:49 / 19 Oktyabr 2026
243
11:40 / 19 Oktyabr 2026
711
11:26 / 19 Oktyabr 2026
472
11:20 / 19 Oktyabr 2026
108
11:20 / 19 Oktyabr 2026
90
11:15 / 19 Oktyabr 2026
78
11:06 / 19 Oktyabr 2026
462
11:05 / 19 Oktyabr 2026
76
11:00 / 19 Oktyabr 2026
73
10:50 / 19 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.