Azərbaycan Türkiyə ilə bağlı bu qərarı verə bilər
19 Oktyabr 2026, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
593
25.07.2025, 16:07
Tanınmış aktyor Allahverdi Yolçuyevin küçələrdə corab satması ilə bağlı yayılan məlumat cəmiyyətdə müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki, dərmanlarını almaq üçün bu işə əl atmalı olan sənətçi maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. Hazırda yaşa görə 336 manat təqaüd alan A.Yolçuyev deyib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrından ona “yer yoxdur” cavabı verilib.
Aktyorun problemi ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir: “Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir.
Mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir”.
Aktyorun dərmanlarla təminatı məsələsinə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də müraciət etdik. TƏBİB-dən deyildi ki, məsələni araşdırmaq üçün quruma Allahverdi Yolçuyevin şəxsi məlumatları təqdim edilməlidir.
Qeyd edək ki, Allahverdi Yolçuyev müxtəlif illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Televiziya və radio sahəsində fəaliyyət göstərərək “Laylay”, “Göydən üç alma düşdü” və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.(qafqazinfo)
16:07 / 19 Oktyabr 2026
1
16:01 / 19 Oktyabr 2026
25
15:58 / 19 Oktyabr 2026
91
15:51 / 19 Oktyabr 2026
26
15:47 / 19 Oktyabr 2026
74
15:35 / 19 Oktyabr 2026
58
15:21 / 19 Oktyabr 2026
330
14:43 / 19 Oktyabr 2026
160
14:32 / 19 Oktyabr 2026
691
14:29 / 19 Oktyabr 2026
80
14:17 / 19 Oktyabr 2026
146
14:15 / 19 Oktyabr 2026
95
14:10 / 19 Oktyabr 2026
140
14:09 / 19 Oktyabr 2026
71
13:46 / 19 Oktyabr 2026
88
13:37 / 19 Oktyabr 2026
84
13:27 / 19 Oktyabr 2026
1944
13:22 / 19 Oktyabr 2026
84
13:07 / 19 Oktyabr 2026
1946
13:03 / 19 Oktyabr 2026
91
12:55 / 19 Oktyabr 2026
263
12:54 / 19 Oktyabr 2026
141
12:36 / 19 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.