Martın 15 -də hava BELƏ OLACAQ
14 Mart 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
827
25.07.2025, 14:59
O bir zamanlar səhnədə, ekranlarda gülüş oyadırdı...
Uşaqlığımızın içində yer etmiş simalardan biri – zarafat dolu baxışları, yadda qalan obrazları, qəlbimizdə iz buraxan səsi ilə...
Bu gün isə eyni adam küçələrdə corab satır. Bəli, səhv oxumadınız. Tanınmış aktyor, yüzlərlə rolda oynamış, xarici və yerli film və cizgi filmlərdə gördüyümüz, səsini eşitdiyimiz
“Ovçu Pirim” kimi nəsillərin hafizəsində yer tutmuş Allahverdi Yolçuyev, dərman pulu qazanmaq üçün şəhər küçələrində corab satır.
Bu cümlə sizi sarsıtmadısa, bu yazının sonuna qədər oxuyun. Çünki sarsılmalı, silkələnməliyik. Əgər bir millətin aktyoru bu gün ayaqüstə, səssiz şəkildə “iki manata alıb beş manata satdığı” corablarla sağ qalmağa çalışırsa, bu artıq fərdi yox, ictimai vicdanın qəzasıdır.
O çıxışında deyir:
“Utanmalı bir iş deyil. Uşaqlıqda da satmışam, göyərti, günəbaxan, əncir... İndi də dərmanımı almaq üçün bu yolu seçmişəm. Xalqımıza qurban olum, məni çox istəyirlər...”
Ən dərin hiss burdadır:
O, bizi sevir.
Bu qədər susqunluğuna, bu qədər səbirli yaşantısına baxmayaraq, üzünü tutduğu xalqına kin bəsləmir. Səni, məni, bizləri yenə də sevir. Əvəzində nə alır? Heç nə.
Kimsə ona kömək uzadanda belə, fəxrlə deyir:
“Dedim lazım deyil. Niyə dilənməliyəm? Axı mən aktyoram... yaşım var, sənətim var, 50 illik səhnə stajım var…”
İndi bu cümləni xatırlayın:
“Sənət xalq üçündür.”
Bəs xalq sənətkar üçün nə edib?
Bu sual artıq ritorikdir. Çünki cavabı aydındır – heç nə.
Allahverdi Yolçuyev tək deyil. Onun timsalında illərlə mədəniyyətə xidmət etmiş saysız-hesabsız sənət fədailəri bu gün sadəcə unudulmur – yaddan çıxarılır, ləğv olunur, həyatın çarxı altında əzilir.
Tamaşa bitdikdən sonra alqışlayan xalqın heç biri onların həyatının pərdəsi endikdən sonra nə yaşadığını bilmir. Bilənlər isə susur.
Həmçinin oxuyun
Onu küçədə görüb tanımayanlar bəlkə də sadəcə bir yaşlı insanın corab satdığını zənn edəcəklər. Amma bəs tanıyanlar?
Yaxşı, bu xalqın vicdanı hardadır?
Əgər bu gün “Ovçu Pirim” corab satırsa, sabah hansı əfsanəmizin həyat hekayəsi sosial şəbəkələrdə viral olacaq? Niyə sənətkarlarımız sosial şəbəkələrə çıxmasalar, heç kim onların nə durumda olduğunu öyrənmir?
Allahverdi müəllim bu ölkənin həqiqi mədəniyyət işçisidir.
Bunun üçün nə mükafata, nə fəxri ada ehtiyac yoxdur. Ona görə ki, uzun illərin sənətkarı heç bir fəxri ada, mukafata layiq görülməyib.
Amma biz öz işimizi görmürük.
Əgər bir cəmiyyət öz sənətkarını yaşlandıqca əvəzsiz yox, dəyərsiz görməyə başlayırsa, bu artıq mədəniyyət yox, mədəniyyətsizlikdir.
Bir aktyor səhnədə ölür – personajı canlandırmaq üçün.
Amma gerçək həyatda səhnədən çıxıb küçədə can çəkişmək – bu artıq aktyorluq deyil, fəryaddır.
Təklif deyil, tələbdir:
– Allahverdi Yolçuyev kimi sənətkarlar üçün sosial dəstək proqramları yaradılmalıdır
– Dövlət teatrları bu sənətkarları unutmamalı, onlara maddi və mənəvi dəstək göstərməlidir.
Bu təkcə Allahverdi müəllimə aid deyil. Bu, bizim gələcəyimizə, sənətə və ləyaqətə aid məsələdir.
Əgər bu sətirləri oxuyub keçəcəksinizsə, sabah bir başqa sənətkarın çörək pulu üçün “aksiyaya çıxmasını” təəccüblə izləməyin.
Çünki bu səhnədə tamaşa davam edir,
Və günahkar tamaşaçı susur…
Miri Məcidli
14:31 / 14 Mart 2026
386
11:49 / 14 Mart 2026
256
11:31 / 14 Mart 2026
1216
10:04 / 14 Mart 2026
221
09:51 / 14 Mart 2026
78
09:49 / 14 Mart 2026
172
09:48 / 14 Mart 2026
187
09:45 / 14 Mart 2026
179
00:07 / 14 Mart 2026
2047
23:57 / 13 Mart 2026
24673
23:55 / 13 Mart 2026
373
22:32 / 13 Mart 2026
181
22:29 / 13 Mart 2026
159
21:42 / 13 Mart 2026
528
21:37 / 13 Mart 2026
435
21:26 / 13 Mart 2026
885
21:22 / 13 Mart 2026
288
21:14 / 13 Mart 2026
1799
20:54 / 13 Mart 2026
147
20:25 / 13 Mart 2026
139
20:04 / 13 Mart 2026
6330
19:41 / 13 Mart 2026
236
19:30 / 13 Mart 2026
735
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.