Ədliyyə Nazirliyində mühüm vəzifələr boş qalıb — Təyinatları gecikdirən SƏBƏBLƏR NƏDİR?
13 Dekabr 2025, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
24.07.2025, 10:00
Hər bitkinin özünəməxsus faydaları var. Sumaq bir çox mühüm faydaları ilə geniş istifadə edilən bitkidir. İbn Sinanın "Əl-Qanun-Fi't" adlı tibbi kitabında bəhs etdiyi sumaq mədə problemlərindən və qaraciyər xəstəliklərindən tutmuş ağız yaralarına və həzm pozğunluğuna qədər bir çox problemləri aradan qaldırır.
Oxu24.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, müntəzəm olaraq sumaq suyu içmək orqanizmdə dəyişikliklərə səbəb olur.
Odur ki, həmin dəyişiklikləri təqdim edirik:
Özünəməxsus aroması olan sumaq suyu da bitkisi də kifayət qədər faydalıdır və alternativ təbabətdə də tez-tez istifadə olunur.
Yaxın Şərqdə tez-tez istehlak edilən sumaq, ən yüksək antioksidant tutumlu ədviyyatdır.
7 gün sumaq suyu içsəniz nə baş verər?
- Qanın insulin səviyyəsini tarazlaşdırır. Bu onu şəkərli diabet və yüksək qan təzyiqi olan insanlar üçün tövsiyə olunan qida halına gətirir.
- Antioksidan xüsusiyyəti sayəsində yuxarı tənəffüs yolu infeksiyalarında yaranan ani yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur.
- Həftədə bir stəkan sumaq suyu içmək sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmağa və sağlam hüceyrələrin artmasına kömək edir. O, həmçinin yorğunluq, stress və depressiya riskini azaldır.
- Qida zəhərlənmələri zamanı sumaq ədviyyatını qaynadıb bir stəkan içmək faydalı ola bilər. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya zamanı zəhərlənməyə səbəb olan zərərli bakteriyaları yox edir.
- Sumaq suyu həzmi tənzimlədiyi üçün arıqlamaq üçün istifadə edilə bilər.
- Gün ərzində yarım çay stəkan sumaq suyu içmək də həzmsizlik və şişkinliyin qarşısını alır.
- Uşağın iştahı zəifdirsə, ayda bir dəfə sumaq suyu içmək də faydalıdır. Bu, yalnız uşağınızın immunitet sistemini gücləndirmir, həm də iştahını stimullaşdırır, onların daha sağlam qidalanmasına kömək edir.
İbn Sinanın da sağlamlıq üçün tövsiyə etdiyi sumağın faydaları:
Həmçinin oxuyun
- Xolesterolu tənzimləyir.
- Dərini qoruyan xüsusiyyətlərə malikdir. Dəri problemlərinin müalicəsində istifadə edilə bilər.
- Mədə problemlərinin və həzmsizliyin qarşısının alınmasında təsirlidir.
- İltihablara yaxşı təsir edir. Sumaq toxumu ağciyər infeksiyalarına və onları törədən göbələklərə qarşı təsirlidir. Oynaq xəstəliklərinə xeyirlidir.
- Ağız yaralarına yaxşı gəlir.
- Ürəyi dəstəkləyir.
-Güclü sidikqovucudur təsiri sayəsində sidik yolları infeksiyalarından qorunmağa kömək edir və yüksək təzyiqi aşağı salır.
Turş dadı olan sumağı vaxtilə sultanlar dərman əvəzedicisi kimi istifadə edirdi. Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay sumaq çayının faydasından söz açıb. Sumaq toxumlarının immun sisteminə müsbət təsirlərini izah edən Karatay bu möcüzəvi çayın hazırlanma qaydasını da paylaşıb.
Qaraciyər bədənimizdə əsas rol oynayır və sağlamlığımız üçün vacib orqandır. Osmanlı sultanları tərəfindən “Sultan ədviyyatı” hesab edilən sumaq burada işə düşür. Sumaq qaraciyər funksiyasını dəstəkləyən ən təsirli ədviyyatlardan biridir. Qaraciyəri faktiki olaraq sıfırlayır və funksiyasını bərpa edir.
Sumaq güclü detoksifikatordur və bu səbəbdən illərdir dərman ədviyyatı kimi istifadə edilir.
Sumaq çayının müntəzəm istifadəsi qaraciyərdə yığılan bütün toksinlərin yuyulmasına kömək edir. Lakin çox güclü zərərsizləşdirici olduğu üçün hamilə qadınların ondan uzaq durması məsləhət görülür. Həm də həftədə 3-4 dəfədən çox olmayaraq istehlak etmək tövsiyə olunur.
Sumaq çayının hazırlanma qaydası
Çay stəkanına bir çay qaşığı üyüdülmüş sumaq toxumu əlavə edin. Çayın üstünə qaynar su tökün və qarışığı dəmləyin. Təxminən 5 dəqiqədən sonra sumaqlı çayınız hazır olacaq. İstəyirsinizsə, çaya 1 və ya 2 damcı kəklikotu yağı da əlavə edə bilərsiniz.
Bununla belə, diqqətli olun, sumaq çayının həddindən artıq istehlakı mədə yanması və ya reflüyə səbəb ola bilər. Buna görə də, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşmək vacibdir.
21:34 / 13 Dekabr 2025
20
21:21 / 13 Dekabr 2025
22
21:19 / 13 Dekabr 2025
23
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
165
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
184
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
297
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
907
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1507
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2783
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.