Zakir Qaralov uzun müddətdən sonra üzə çıxdı - Foto
10 Dekabr 2025, 12:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
701
22.07.2025, 12:52
Bu gün Azərbaycanda mətbuat günü qeyd olunur.
Oxu24.com xəbər verir ki, 22 iyul "Milli Mətbuat Günü" görkəmli ziyalı Həsən bəy Zərdabinin adı ilə bağlıdır.
Mətbuatımızın banisi Həsən bəyin oğlu ilə bağlı maraqlı faktı təqdim edirik:
Səfvət bəy Məlikov 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində doğulub.
Həsən bəy Zərdabinin oğludur.1915-ci ildən fasilələrlə xaricdə, 1927-ci ildən isə Türkiyədə yaşayıb.
O, Bakı Realnı məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub.
Atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.1917-ci il inqilabından sonra təhsilini yarımcıq qoyaraq Bakıya geri dönüb.
Cümhuriyyət quruculuğu prosesində iştirak edib. Əlimərdan bəy Topçubaşov Səfvət bəyin yeznəsi idi və o Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi-qələm müdiri götürür.
Həmçinin oxuyun
1919-cu il martın 9-da Ə.Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səfvət bəy Parisə yola düşməyib, İstanbulda konsulluqda çalışıb.
Anası ilə yazışmalarından bəlli olur ki, Səfvət bəy AXC-nin xaricə təqaüdlə oxumağa göndərdiyi 100 tələbədən biri olmaq istəyib, lakin konsulluqda çalışdığına görə bu mümkün olmayıb.
Səfvət bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi. O,1921-ci il fevral ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadənin adına məktub göndərərək Almaniyada təhsilini davam etdirmək istədiyini bildirir. D.Bünyadzadə icazə verir və 1923-cü ildə onu Almaniyaya təhsil almağa göndərirlər.
O, Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir.1927-ci ildə Türkiyəyə gəlir və Ə.Topçubaşovun qohumu olmasına, Azərbaycanda Həsən bəy Zərdabiyə qarşı münasibətin hələ tam bilinməməsinə görə vətənə dönmür və orada qalmaq qərarına gəlir. Səfvət bəy Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olub, Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edib.
Onun Türkiyə Memarlar Muzeyində fotosu var. O, həm də Azərbaycanın mühacirət mətbuatının yazarlarından biri olub və atasının yolunu davam etdirib. Səfvət bəy hətta "Mücahid" dərgisində bir müddət redaktor kimi çalışıb. "Milliyyətçi Azərbaycan Dərnəyi"nin qurucularından biri olub. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurub, 1976-ci ildə dünyasını dəyişib. Məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığındadır...
12:47 / 10 Dekabr 2025
4
12:40 / 10 Dekabr 2025
40
12:37 / 10 Dekabr 2025
13
12:35 / 10 Dekabr 2025
15
12:33 / 10 Dekabr 2025
20
12:30 / 10 Dekabr 2025
19
12:26 / 10 Dekabr 2025
18
12:23 / 10 Dekabr 2025
22
12:16 / 10 Dekabr 2025
26
12:00 / 10 Dekabr 2025
39
11:56 / 10 Dekabr 2025
40
11:43 / 10 Dekabr 2025
203
11:41 / 10 Dekabr 2025
43
11:35 / 10 Dekabr 2025
63
11:29 / 10 Dekabr 2025
58
11:24 / 10 Dekabr 2025
37
11:20 / 10 Dekabr 2025
48
11:12 / 10 Dekabr 2025
58
11:06 / 10 Dekabr 2025
45
11:05 / 10 Dekabr 2025
46
11:03 / 10 Dekabr 2025
77
11:00 / 10 Dekabr 2025
181
10:58 / 10 Dekabr 2025
109
10:43 / 10 Dekabr 2025
911
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.