Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
22 İyun 2025, 09:41
Qaynar xətt:
(+99450) 247 90 8687 yaşlı dramaturq 16 ildir Mədəniyyət Nazirliyindən cavab ala bilmir
CƏMİYYƏT
1271
12.06.2025, 18:01
Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimliyə
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA!!!
Çox hörmətli Nazir!
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü Marat Haqverdiyevin 2025-ci il iyul ayının 21-də 87 yaşı tamam olur. Yarım əsrdən artıqdır ki, bədii yaradıcılıqla məşğuldur.
Respublikamızın Akademik Milli Dram, Akademik Musiqili, Gəncə Dövlət Dram, Sumqayıt Dövlət Musiqili Dram və başqa teatrlarda “Ailədə məhkəmə”, “Məşuqələr”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Məhəbbət yaşa baxmır”, “Fədakarlıq” və başqa pyesləri uğurla tamaşaya qoyulmuşdur.
“Qısqanc ürəklər” və “Ah, qadınlar, qadınlar” komediyaları Türkiyənin bir çox teatrlarında, o cümlədən İstanbulun Çemberlitaş FKM teatrı, Sarıyer Bələdiyyə Teatrı, “Fateh” Universitetinin teatr toplusu və başqa teatrlarda uğurla nümayiş etdirilmişdir. “Qısqanc ürəklər” tamaşasının primyerası İstanulun ÇIRAĞAN sarayında 2000-ci ilin may ayında böyük uğurla keçirilmişdir. Televiziya və dövrü mətbuat tərəfindən geniş surətdə işıqlandırılmış, müəllifə təşəkkürnamələr və hədiyyələr təqdim edilmişdir.
Qeyd edim ki, M.Haqverdiyev AzTV və başqa televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” və başqa bədii televiziya filmlərinin ssenari müəllifidir.
Yaradıcılığının böyük bir hissəsi Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Birinci əsəri – 1993-cü ildə Respublika Dövlət Televiziya kanalı ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi” adlı 2 seriyalı bədii televiziya filminin ssenarisidir.
Bu film dahi siyasətçi Heydər Əliyevin Respublikamızın ağır, təlatümlü dövründə hakimiyyətə qayıdışı, ölkəmizin xilası naminə tarixi xidmətlərindən, Qarabağ müharibəsindən, mərd oğullarımızın ağır döyüş yollarından bəhs edir.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş ikinci əsəri “Fədakarlıq” adlanır. Əsər Sumqayıt Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulmuş və “Lider” televiziya kanalı ilə nümayiş etdirilmişdir.
Marat Haqverdiyevin Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ən möhtəşəm “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi) dramı çağdaş Azərbaycan ədəbiyyatı və tarixində xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyəti olan və son dərəcə aktuallığı ilə seçilən bir əsərdir.
Müəllif əsəri əvvəlcə “Üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi) adıyla yazıb. Xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb etdiyinə görə “Üç dəniz əfsanəsi” əsəri bir qayda olaraq teatr səviyyəsində deyil, tələb olunan ən yüksək səviyyədə - Prezident Administrasiyası (siyasi şöbə) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilərək Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmiş, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmiş və əsər həmin teatrın səhnəsində tamaşaya qoyulmuşdur.
Qeyd etmək istəyirəm ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, çox hörmətli Ədalət Vəliyev və Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva Mədəniyyət Nazirliyində müvafiq olaraq nazir müavini və incəsənət şöbəsinin rəisi vəzifəsində çalışarkən “Üç dəniz əfsanəsi” əsərini bəyənmiş və öz imzaları ilə təsdiq etmişdilər.
Xalq yazıçı Anarın rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin «Literaturnıy Azərbaycan» aylıq ədəbi-bədii jurnalı “Üç dəniz əfsanəsi” (“Legenda tryox morey”) dram əsərini bəyənərək “Əsrin Müqaviləsi”nin 25 illiyi (Kontrakt Veka – 25) münasibətilə 2019-cu ilin oktyabr ayında tam həcmdə rus dilində çap etmişdir.
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq müəllif M.Haqverdiyev “Üç dəniz əfsanəsi” əsəri üzərində əsaslı surətdə yenidən işləyərək onu “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı daha mükəmməl ekran və səhnə əsərinə çevirmişdir.
Milli Məclisin deputatı, akademik, Atatürk Mərkəzinin rəhbəri, çox hörmətli Nizami Cəfərov “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərini bəyənmiş və möhtəşəm “Elm və təhsil” nəşriyyatı bu əsəri ayrıca kitab şəklində çap etmişdir.
Əsərin əsas mahiyyəti- Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliyevin böyük nüfuzu və siyasi iradəsi sayəsində dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi maneə və problemlərin, terror və təxribatların aradan götürülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri – Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından ibarətdir.
Çox hörmətli Mədəniyyət Naziri!
Respublikamızın möhtəşəm Yazıçılar Birliyi, eləcə də Teatr Xadimləri İttifaqı M.Haqverdiyevin bir yazıçı-dramaturq kimi teatr sənəti sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək 70 illik yubileyinin müvafiq olaraq dövlət təltifi ilə qeyd edilməsini və ona fəxri adın verilməsi üçün vəsatət qaldırılmasını Mədəniyyət və Turizm Nazirliyindən xahiş etmişdilər (Nazirliyə ünvanlanmış 08 aprel 2008-ci il və 14.04.2008-ci il tarixli məktublar).
Yeri gəlmişkən, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Teatr Xadimləri İttifaqı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı rəsmi müraciətində qeyd etmişdir:
- “2008-ci il iyul ayının 21-də tanınmış yazıçı-dramaturq, Azərbaycan Teatr Xadimləri İttifaqı və Yazıçılar Birliyinin üzvü Marat Haqverdiyevin 70 yaşı tamam olmuşdur.
Azərbaycanın məşhur opera müğənnisi, Azərbaycan və Türkmənistan respublikalarının əməkdar artisti Xanlar Haqverdiyev və şairə-dramaturq Cahan Əfruzun ailəsində dünyaya göz açan Marat Haqverdiyev kiçik yaşlarından teatra böyük maraq göstərmişdir. İxtisasca memar olan M.Haqverdiyev sonralar teatrla bağlı çox çətin bir sahədə - dramaturgiyada öz qələmini sınamışdır. O, ölkəmizin və Türkiyə Respublikasının müxtəlif səhnələrində uğurla tamaşaya qoyulmuş bir çox dram əsərlərinin, o cümlədən, “Ailədə məhkəmə”, “Məşuqələr”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Məhəbbət əzabları” və başqa dram əsərlərinin, “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” kimi bədii televiziya filmlərinin ssenari müəllifidir.
Həmçinin oxuyun
Dramaturqun Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Fədakarlıq” dramı Sumqayıt Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuş və “Lider” televiziya kanalı ilə nümayiş etdirilmişdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Televiziyasında Marat Xanlar oğlu Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş veriliş hazırlanması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
Və nəticədə M.Haqverdiyevin yaradıcılığı və teatr səhnəsindəki fəaliyyəti, eləcə də uğurla tamaşaya qoyulmuş dram əsərlərindəki epizodlardan ibarət veriliş hazırlanaraq nümayiş etdirildi (03.09.2008-ci il tarixli məktub).
Çox hörmətli Nazir!
Nəzərinizə xüsusilə onu da çatdırmaq istəyirəm ki, Prezident Administrasi-yasının humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva Mədəniyyət və Turizm Nazirliyində İncəsənət şöbəsinin rəisi vəzifəsində işləyən zaman Marat Haqverdiyevin Prezident İlham Əliyevə və Prezident Administrasiyasına müxtəlif vaxtlarda ünvanladığı məktublara (üç məktuba) Nazirlikdə baxıldıqdan sonra M.Haqverdi¬yevin teatr sənəti sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək ona fəxri adın və Prezident təqaüdünün verilməsini Nazirlik adından rəsmən vəd edən aşağıdakı məzmunda məlumatları (məktubları) göndərmişdir:
- “Sizin yaradıcılıq fəaliyyətiniz hər zaman Nazirliyin diqqət mərkəzində olmuşdur. Uzun illər ərzində qələmə aldığınız pyeslər Nazirlik tərəfindən alınmış və respublika teatrlarında uğurla tamaşaya qoyulmuşdur. Teatr sənəti sahəsindəki fəaliyyətinizə görə Prezident təqaüdünə təqdim olunmağınız barədə xahişiniz imkan daxilində nəzərə alınacaqdır/ İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva” (Nazirliyin 17.05.2009-cu il tarixli məktubu).
- “Sizin yaradıcılığınız həmişə Nazirliyin diqqət mərkəzində olmuşdur. Qələmə aldığınız “Ailədə məhkəmə”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Fədakarlıq”, “Səninlə və sənsiz”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır”, “Amerikalı kürəkən” kimi əsərləriniz respublikanın müxtəlif teatrlarında hazırlanmışdır. “Üç dəniz əfsanəsi” əsəriniz Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar Planına daxil edilmişdir. Həmin əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmişdir.
Sizin fəxri ada və Prezident təqaüdünə təqdim olunmağınız barədə xahişiniz nəzərə alınacaqdır. İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva” (Nazirliyin 11.03.2013-cü il tarixli məktubu).
- “Məlumat üçün bildiririk ki, Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar Planına daxil edilmiş “Üç dəniz əfsanəsi” əsəriniz üzərində Gəncə Dövlət Dram Teatrında yaradıcılıq işi gedir.
Sizin fəxri ada və Prezident təqaüdünə təqdim olunmağınız barədə xahişiniz nəzərə alınacaqdır. İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva” (Nazirliyin 19.11.2013-cü il tarixli məktubu).
Bu məsələ ilə əlaqədar sabiq Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev hələ 2008-ci ildən başlayaraq M.Haqverdiyevi dəfələrlə qəbul etmiş və ona fəxri adın və Prezident təqaüdünün verilməsi üçün lazımi köməklik göstərəcəyini vəd etmişdir. Hətta bununla əlaqədar Nazirlikdə müvafiq sənədlər də toplanmışdır. Buna M.Haqverdiyev özü də şahid olub. Və nəticədə 15 ildən sonra 2018-ci ildə ona 80 illiyi ilə əlaqədar olaraq Əməkdar incəsənət işçisi fəxri adı verildi.
Prezident təqaüdü isə o vaxtdan 16 ildən artıq keçsə də, çox hörmətli Fərəh xanım Əliyevanın Mədəniyyət və Turizm Nazirliyi adından dəfələrlə verdiyi yuxarıda qeyd olunmuş rəsmi vədlərə baxmayaraq, bu günə kimi heç bir müsbət nəticə əldə olunmamışdır.
Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, M.Haqverdiyev sonuncu dəfə Əbülfəs Qarayevin qəbulunda olanda Nazir, çox böyük təəccüblə ona demiş ki: “Məgər siz Prezident təqaüdü almırsız? Ola bilməz. Biz nə lazımdırsa, yazıb ora (şəhadət barmağı ilə yuxarını göstərərək), yuxarıya göndərmişik. Siz mütləq Prezident təqaüdü almalısız. Burada yəqin ki, bir anlaşılmazlıq baş verib. Mən bu məsələni yoxlayaram. Mütləq”.
O vaxtdan sonra M.Haqverdiyev nə qədər gözləsə də, ona nazirdən heç bir xəbər gəlmədi. Lakin sonralar məlum oldu ki, əvvəllər Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbə rəisi vəzifəsində işləyən Fatma Abdullazadənin təmənnagüdən və buna görə tutduğu vəzifədən azad edildiyi barədə yayılan söz-söhbətlər az deyildi.
Çox hörmətli Nazir!
Bir aydan sonra (21 iyulda) yazıçı-dramaturq Marat Haqverdiyevin 87 yaşı tamam olur.
O, indi yaşına və pozulmuş səhhətinə uyğun olaraq və həmişə olduğu kimi haqqın-ədalətin gec-tez, mütləq qələbə çalacağına bütün varlığı ilə inanaraq ömrünün payız fəslini yaşayır.
Lakin çox əfsuslar olsun ki, çox hörmətli Fərəh xanım Əliyevanın M.Haqverdi-yevə Prezident təqaüdünün verilməsi barədə Nazirlik adından dəfələrlə (3 dəfə) verdiyi rəsmi vədlərdən 16 ildən artıq vaxt keçsə də, bu günə kimi əməl olunmayıb.
Söz yox ki, daha illərlə gözləməyə ömür çatmaz.
Çox hörmətli Nazir!
Sağlığında qiymət verin insanlara!
Xahiş edirəm, yazıçı-dramaturq Marat Haqverdiyevə Mədəniyyət Nazir¬liyi tərəfindən çoxdan vəd edilmiş, layiq olduğu Fəxri adın və Prezident təqaüdünün veril¬məsi üçün öz köməkliyinizi əsirgəməyəsiniz.
Nəcibə İlkin (Babakişiyeva)
Yazıçı, publisist,
Araşdırmaçı jurnalsit.
“Azad Qələm” qəzetinin
baş redaktoru
AYB-nin, AJB-nin üzvü,
Prezident mükafatçısı
10:27 / 22 İyun 2025
ABŞ İranın nüvə obyektlərini belə vurub - Video
504
09:41 / 22 İyun 2025
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
16
09:39 / 22 İyun 2025
ABŞ İrana hücum edib: Bu ərazilər vurulub
147
09:37 / 22 İyun 2025
Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
22
09:29 / 22 İyun 2025
Azərbaycan ailələrinin xərcləri: Ən çox pul hara gedir?
23
09:19 / 22 İyun 2025
Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?
23
09:04 / 22 İyun 2025
Tofiq Musayev UFC-də məğlub oldu
23
00:30 / 22 İyun 2025
“Netanyahu gedəcək, amma İran qalacaq” - Medvedev
64
23:53 / 21 İyun 2025
“İran danışıqlara hazırdır” - Pezeşkian
111
23:19 / 21 İyun 2025
İmam və onunla qaçan 16 yaşlı qız danışdı - VİDEO
129
22:37 / 21 İyun 2025
"23 ildir Amsterdamda yaşayır"
220
22:34 / 21 İyun 2025
Bakıda qəbiristanlıqda həmyaşıdı öldürən yeniyetməyə hökm oxundu
70
21:52 / 21 İyun 2025
Əlillik dərəcəsi almaq istəyən Qarabağ veteranı dələduzluğun qurbanı oldu
65
21:39 / 21 İyun 2025
Ötən il 1420 körpə ölüb
66
20:59 / 21 İyun 2025
Cəlilabadda avtomobillər toqquşdu - Ölən var
67
20:41 / 21 İyun 2025
“Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR
72
20:29 / 21 İyun 2025
Qaxın sabiq icra başçısı həbs olundu
85
20:19 / 21 İyun 2025
Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib - VİDEO
75
20:05 / 21 İyun 2025
Yay başladı, temperatur yüksəlir: Bu mövsümə nə qədər hazırıq?
87
19:50 / 21 İyun 2025
Oğlu Dilqəm Əsgərovdan imtina edib
752
19:49 / 21 İyun 2025
Braziliyada hava şarı yerə çırpıldı - 8 nəfər öldü - VİDEO
75
19:43 / 21 İyun 2025
İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi
114
19:32 / 21 İyun 2025
Toyuna görə bütün şəhəri bağladı - Xalq ayağa qalxdı
103
19:10 / 21 İyun 2025
Əməkdar müəllim vəfat etdi - FOTO
88
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.