Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda biabırçılıq:Qadını soyunma otağında gizli kameraya çəkdilər

Bakıda biabırçılıq:Qadını soyunma otağında gizli kameraya çəkdilər

CƏMİYYƏT

1498

22.05.2019, 17:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.
Bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib.
Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən “Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb. “Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı “Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi.