Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13507
az

Qaxa diametri 16 mm olan dolu düşüb

20:2021 May, 2019
490
CƏMİYYƏT
  • A
Son iki gündə Şahdağa yağan qar nəticəsində orada 2 sm qar örtüyü əmələ gəlib, Qaxda isə diametri 16 mm olan dolu yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, gözlənildiyi kimi mayın 20-si gündüzdən 21-i gündüzədək rayonlarda hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, yağan intensiv yağışla əlaqədar Kürmükçay və Əyriçayda qısamüddətli daşqın keçib, ayrı-ayrı yerlərdə dolu düşüb. Yüksək dağlıq rayonlarda Şahdağda qar yağıb, 2 sm qar örtüyü əmələ gəlib.

Böyük Qafqazda - Qaxda ( Sarıbaş) 94 (aylıq normanın 91 faizi), Şəkidə 56 (aylıq normanın 54 faizi), Oğuzda 42 (aylıq normanın 40 faizi), Qəbələdə 33 (aylıq normanın 27 faizi), Şəkidə (Kişçay) 29 (aylıq normanın 28 faizi), Qırızda 26 (aylıq normanın 30faizi), Şahdağ, İsmayıllıda 23 (aylıq normanın 19 faizi), Altıağacda 20 (aylıq normanın 28 faizi), Xaltan, Balakəndə 18, Şamaxıda 14, digər rayonlarda 0,6-9 mm, Mərkəzi Aran rayonlarında -Kürdəmirdə 35 (aylıq normanın 92 faizi), Mingəçevirdə 13, digər rayonlarda 0,3-7 mm, Kiçik Qafqazda- Göygöldə 22 (aylıq normanın 19 faizi), Gədəbəydə 16, Daşkəsəndə 11 mm, Qazax-Gəncə zonasında - Tovuz (Zəyəmçay Ağbaşlar) 24, Tovuzda (Kirən) 17, digər rayonlarda 0,7-14 mm, Naxçıvan MR-da - Culfada (Ərəfsə) 28 (aylıq normanın 85 faizi), Ordubadda (Nurgütdə) 28 mm (aylıq normanın 66 faizi), Lənkəran-Astara zonasında - Lerikdə 7, Biləsuvarda 2, Lənkəranda 0.7 mm yağıntı düşüb.

Bakıda və Abşeron yarımadasında Bakıda 0,4, Sumqayıtda 0,3 mm yağıntı qeydə alınıb.
Şəki-Sarıbaş HMS-nın verdiyi məlumata əsasən saat 20:15-22:00 radələrində Sarıbaşda diametri 13, İlisuda 16, Daşkəsəndə (Dəstəfurçay Qaraqollar) 9, Şəkidə 0,8 mm olan dolu düşüb Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi