Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13468
az

Milli xörəklərin kalori dəyəri

20:4420 May, 2019
592
CƏMİYYƏT
  • A
Azərbaycan mətbəxində 2 minədək xörək növü var. Onların kalori dəyərləri bir-birindən fərqlənir.

Mütəxəssislərin fikrincə, hər bir insanın gündəlik kalori tələbatı orqanizmin daşıdığı yükdən asılıdır. Əqli işlə məşğul olanlara gündə 3 min, mexaniki-fiziki işlə məşğul olanlara 3,5 min, ağır fiziki işlə məşğul olanlara 5 min, idmançılara isə 6,5-7,0 min kalori lazımdır. Sağlam həyat tərzi üçün qəbul edilən qidaların kalori miqdarı orqanizmin tələbatı ilə mütənasiblik təşkil etməlidir.

Oxu24.com bildirir ki, diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "100 qram düyünün və ya bir kiçik boşqab aşın kalorisi 850-1000 kaloriyə çatır. Milli mətbəxdən xəngəl və piti kimi xörəklərin kalori dəyəri 500-600-dən 800 kaloriyə qədər çatır. Quzu əti 250-280 kaloriyə, dana əti ondan bir az aşağı kaloriyə malikdir. Məsələn, kələm dolması quzu ətindən hazırlanıbsa, onun 2 ədədinin kalorisi 300-400, bəzən 500 kaloriyə çata bilər".

Həkimin dediyinə görə, sağlamlıq problemi olanlar qidalanmaya xüsusilə diqqətli yanaşmalıdırlar. Orqanizmin kalori tələbatı pozulanda sonradan onun müəyyən fəsadları yarana bilər: "Gün ərzində heç bir qida qəbul edilməsə və yalnız axşam xəngəl yemək kifayətdir ki, kalorinin müəyyən bir hissəsini tutsun. Ağır xörəklərdən sonra yeyilən hər hansı qida orqanizmdə maddələr mübadiləsini zəiflədir. Xüsusilə qan təzyiqindən əziyyət çəkən xəstələrin axşam saatlarında ağır qidalar qəbul etməsi müəyyən fəsadlar yarada bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq
“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiqləndi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu