Hava ilə bağlı açıqlama
07 Aprel 2025, 14:28
Qaynar xətt:
(+99450) 247 90 8631 Mart soyqırımından 107 il ötür
CƏMİYYƏT
236
31.03.2025, 09:00
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
Oxu24.com -un məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.
Həmçinin oxuyun
Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
14:28 / 07 Aprel 2025
Hava ilə bağlı açıqlama
1
13:32 / 07 Aprel 2025
Tanınmış qələm sahibindən Mədəniyyət Nazirliyinə çağırış: Hansı ixtiyarla həddinizi aşaraq bu əsərin əhəmiyyətini aşağılayırsınız?!
196
13:14 / 07 Aprel 2025
İran nəhəng dövlətlərlə məsləhətləşir — Moskvada görüş
35
13:07 / 07 Aprel 2025
Xəstə üstünə gedən həkim bıçaqlandı
38
12:39 / 07 Aprel 2025
Almaniyanın ən əhəmiyyətli fond indeksi eniş edir
31
12:26 / 07 Aprel 2025
Doğum günü ərəfəsində dəfn edilən şəhid — Aprel şəhidinin doğum günüdür
298
12:19 / 07 Aprel 2025
Rusiyadan ABŞ-ın rüsumlarına reaksiya
49
11:58 / 07 Aprel 2025
Adekvat cavab tədbirləri görülüb — RƏSMİ AÇIQLAMA
388
11:35 / 07 Aprel 2025
Qarğalar haqda bu məlumatları bilmirdiniz — MARAQLI
102
11:23 / 07 Aprel 2025
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib
57
10:55 / 07 Aprel 2025
Qlobal şirkətlər təhlükədə-Tramp ən böyük fond birjasını "çökdürdü" -
48
10:52 / 07 Aprel 2025
Azərbaycanda aktyorlara şok hücum: Bığlarını qırxdılar - Foto
568
10:41 / 07 Aprel 2025
Azərbaycanda şok hadisə: İçərisində 333 min manata yaxın pul olan maşında... — FOTOLAR +DETALLAR
416
10:40 / 07 Aprel 2025
ŞAD XƏBƏR - Kreditiniz bağlana bilər
69
10:32 / 07 Aprel 2025
Son dəqiqə zəlzələ oldu
68
10:14 / 07 Aprel 2025
Yağ bahalaşdı - AÇIQLAMA
69
10:14 / 07 Aprel 2025
Yeni hakim təyinatı olacaq
60
10:00 / 07 Aprel 2025
Mənzildə qeydiyyatda olanları necə çıxarmaq olar? - AÇIQLAMA
65
09:50 / 07 Aprel 2025
Hərbçimiz həlak oldu - FOTO
475
09:43 / 07 Aprel 2025
Bu ərazilərdə qaz olmayacaq
69
09:32 / 07 Aprel 2025
Güclü zəlzələ olacaq - Xəbərdarlıq edildi
75
09:25 / 07 Aprel 2025
Molla həyat yoldaşını öldürdü
78
09:10 / 07 Aprel 2025
Xameneidən xəbərdarlıq: “Ağır nəticələr olacaq!”
62
21:23 / 06 Aprel 2025
Mədən çökdü: Ölən və yaralanan var
151
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.