İki övladın şəhid atası — Bu gün onun doğum günüdür
26 İyun 2025, 15:29
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
5747
25.02.2025, 18:08
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası təsdiq edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu qayda rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.
Rotasiya olunana kompensasiya və birdəfəlik ödəniş verilməsində məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.
Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən müvafiq kompensasiyanın 50 faizi məbləğində pul kompensasiyası ödənilir.
Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 (on) gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.
Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiya ödənilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir.
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 (üç) misli məbləğində birdəfəlik ödəniş verilir.
Birdəfəlik ödəniş yaşadığı inzibati ərazi vahidini dəyişən rotasiya olunana yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.
Həmçinin oxuyun
Bu Qaydanın 3.1-ci bəndinə uyğun ödənilən birdəfəlik ödəniş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir.
Bu Qaydaya uyğun olaraq kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.
Bu Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir.
Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.
Oxu: Azərbaycanda bu universitet ləğv olundu
16:01 / 26 İyun 2025
İrana hücumda öldürülən yüksək rütbəli hərbi komandanların ADLARI
3
15:52 / 26 İyun 2025
İsrail Ordusunun rəsmisi İrana qarşı hərbi əməliyyatın gizli detallarını açıqlayıb
54
15:35 / 26 İyun 2025
Ərdoğan Rusiya və Ukrayna arasında danışıqların yeni raundundan danışıb
9
15:29 / 26 İyun 2025
İki övladın şəhid atası — Bu gün onun doğum günüdür
126
15:20 / 26 İyun 2025
DİN narkomaniya əleyhinə sosial çarx hazırlayıb - VİDEO
17
15:10 / 26 İyun 2025
NATO ölkələrinin müdafiə xərclərini artırmaqla bağlı problemləri ortaya çıxdı
18
15:07 / 26 İyun 2025
Xamenei Trampa cavab verdi
27
14:55 / 26 İyun 2025
Türkiyədə xeyli sayda polis əməkdaşı həbs olunub
26
14:52 / 26 İyun 2025
Elnur İsmayılov dünyasını dəyişib
354
14:26 / 26 İyun 2025
SON DƏQİQƏ! Əli Xamenei xalqa müraciət etdi
689
14:00 / 26 İyun 2025
iti ilə 80 ölkəni gəzdi - FOTO
29
13:58 / 26 İyun 2025
ABŞ səfirliyinə bu vizalar üçün müraciət edənlərə - Yeni tələb
28
13:52 / 26 İyun 2025
Bu proqrama 5.5 milyard giriş olub
23
13:45 / 26 İyun 2025
Ukraynanın 6 PUA-sı vuruldu
26
13:38 / 26 İyun 2025
Müdafiə Nazirliyi Kərim Vəliyevin səfəri ilə bağlı açıqlama yaydı
1078
13:34 / 26 İyun 2025
"Pozğun qadınlardan pul qazanan ərlər susur"
30
13:31 / 26 İyun 2025
Güclü külək olacaq
244
13:24 / 26 İyun 2025
Rusiyadan Hollandiyaya qadağa
28
13:04 / 26 İyun 2025
Yüksək səslə musiqiyə qulaq asan qonşunun qapısına qumbara atdılar — ŞOK VİDEO
504
12:55 / 26 İyun 2025
Hollandiyanın baş naziri Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb
30
12:52 / 26 İyun 2025
Jurnalist bu xəstəxanın həkimlərinə təşəkkür etdi
167
12:23 / 26 İyun 2025
NATO ilə Tramp arasında nələr yaşanır?
33
12:19 / 26 İyun 2025
Havanın necə olacağı açıqlandı
381
12:03 / 26 İyun 2025
Kanalda batan şəxs görün kimdir
43
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.