Şəhriyarla Teymur reytinqdə gerilədi
01 Aprel 2025, 09:14
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
940
25.02.2025, 10:59
Elə Azərbaycanlı qadınlar olub ki, onların yaşadıqlarına dözmək insandan kişi qüdrəti istəyir. Onlardan biri də 14 yaşı oğlu ilə iki dəfə sürgün edilən Cahan Talışinskayadır.
Oxu24.com xəbər verir ki,Cahan xanım Talışinskaya 1909-cu ildə fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi.
Cahanın gözəl musiqi duyumu olduğundan o, bacısının evindəki pianoda, tarda müxtəlif musiqilər ifa edirdi. Bacısının yanında qaldığı illərdə Azərbaycan Qızlar Seminariyasına daxil olur. Təhsil almaqla yanaşı Əli Bayramov klubundakı bədii özfəaliyyət dərnəyinə gedir.
1927-ci ildə Bakı şəhərinin radio şəbəkəsində işə qəbul olur. Elə həmin il ailə qurur. 1928-ci ildə oğlu Nazim dünyaya gəlir.
Övladı doğulan kimi Cahan xanım həyat yoldaşı Məmməd Hacıbəyovdan ayrılır. Cahan xanım bir çox konsertlərdə çıxış edir, Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxır.
O, həmçinin xalq mahnılarının, Azərbaycan muğamlarının gözəl ifaçısına çevrilir. Onunla bir dövrdə yaşayıb yaratmış musiqiçilərin sözlərinə görə Cahan xanımın ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz”, həmçinin “Qarabağ şikəstəsi” muğamları özünəməxsusluğu ilə seçilir. Xüsusilə “Qatar” muğamı onun repertuarının şah əsəri olur.
Çox vaxt onu Qatar Cahan da çağırırlar. 30-cu illərin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya səfər edir. Onun şərəfinə qonaqlıq verilir. Qonaqlıqdan sonra konsert proqramında iştirak edən Cahan xanımın ifası şahın xoşuna gəlir və minnətdarlıq əlaməti olaraq şahın xanımı qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyə ondan alırlar. Növbəti gün saatı ona qaytaranda arxasında “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmış olur.
Həmçinin oxuyun
Davamı TV11-in videomaterialında...
Müəllif: Sərdar Amin
09:23 / 01 Aprel 2025
Ukrayna hakimiyyəti seçki planlaşdırmır.
6
09:14 / 01 Aprel 2025
Şəhriyarla Teymur reytinqdə gerilədi
5
09:07 / 01 Aprel 2025
Əhaliyə xəbərdarlıq
16
08:47 / 01 Aprel 2025
Azadlıq Prospektində zəncirvari qəza - FOTO
28
20:24 / 31 Mart 2025
Evini təmir etdirmək istəyənlərə vacib xəbər
101
19:44 / 31 Mart 2025
Tramp Zelenskiyə xəbərdarlıq etdi
135
19:28 / 31 Mart 2025
“Land Rover” yanıb kül oldu - VİDEO
140
18:58 / 31 Mart 2025
56 yaşlı kişini ildırım vurub öldürdü
132
18:38 / 31 Mart 2025
12 günlük bayram tətili başa çatır
136
18:25 / 31 Mart 2025
Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı
130
17:08 / 31 Mart 2025
17 avtomobil külə döndü - FOTO
134
14:04 / 31 Mart 2025
Aprelin ilk günü Azərbaycanda 27 dərəcə isti olacaq
161
13:10 / 31 Mart 2025
Bloomberg: ABŞ-Kiyev saziş layihəsi Belçikanın afrikalıları istismar etməsi ilə müqayisə edilə bilər
203
12:59 / 31 Mart 2025
Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
197
12:55 / 31 Mart 2025
Britaniya Ukraynaya 236,8 milyon funt sterlinq ayırıb
197
12:50 / 31 Mart 2025
Hava bu tarixdən kəskin dəyişir
249
12:42 / 31 Mart 2025
Ukraynada prezident seçkiləri olacaq?
194
12:40 / 31 Mart 2025
Tacikistan, Qırğızıstan və Özbəkistan dövlət sərhədi haqqında saziş imzalayıblar
203
12:28 / 31 Mart 2025
Gənc oğlan anasının qətlində şübhəli bilinir
204
12:19 / 31 Mart 2025
Medvedev Avropanın əsas rusofoblarının adını çəkib
199
11:50 / 31 Mart 2025
31 Mart Soyqırım Günü olduğu üçün doğum gününü qeyd etmirdi — Milli Qəhrəmanımızın həyatı
1048
11:30 / 31 Mart 2025
SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı
1503
11:26 / 31 Mart 2025
Yardımlıda İran vətəndaşları saxlanılıb
205
10:43 / 31 Mart 2025
İranda dolların qiyməti uçur
221
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.